Almaniya, Fransa və İspaniyadan sonra İtaliyada da koronavirusa qarşı mübarizədə yeni tədbirlərlə bağlı qərar verib.
"Football-plus.az" saytının məlumatına görə, ölkədə yanvarın 15-dən başlayaraq A seriyası matçlarında tamaşaçı sayına məhdudiyyət tətbiq ediləcək. Belə ki, stadionlara maksimum 5000 tamaşaçı buraxılacaq. Qonaq azarkeşlər üçün nəzərdə tutulan sektorlara bilet satılmayacaq. Bu, tifozinin bir şəhərdən digərinə yollanmaması üçün zəruri hesab edilib. Bundan başqa oyunlar zamanı qida satışı xidməti qadağan ediləcək. A seriyası matçlarında bu məhdudiyyətlərin fevralın 5-nə qədər qüvvədə olacağı qərara alınıb.