• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fənərbaxça”nı çempion etməyə gəlirəm” - Əziz Yıldırım prezidentliyə namizədliyini rəsmən açıqladı!

Aktual

16-05-2024, 21:0

“Fənərbaxça” camiəsində mühüm olaylar yaşanır.

“Football-plus.az” xəbər verir ki, ötən sayımızda indiki başqan Əli Koçun yenidən prezidentliyə namizədliyini irəli sürdüyünü, Səadəttin Saranın isə onunla təkbətək söhbətdən sonra namizədliyini geri çəkdiyini xəbər vermişdik. Amma əsas “bomba” mayın 13-ü, axşam saatlarında partladı. Sabiq başqan Əziz Yıldırım “TRT Spor”a açıqlamasında prezidentliyə namizədliyini bəyan etdi. Bundan başqa, o, Joze Mourinyo ilə danışıqlar apardığını bildirərək gündəmi zəbt etdi. Bu arada “Fənər”də prezident seçkisinin tarixi rəsmən bəlli olub. Seçki mayın 30-31-də, həmin gün yetərsay olmayacağı təqdirdə isə iyunun 8-9-da baş tutacaq. Budəfəki seçkidə klubun rəsmi üzvü olan 46410 nəfərin səsvermə hüququ olacaq. Beləliklə, seçkidə növbəti dəfə Əziz Yıldırımla Əli Koç üz-üzə gələcək. Bu ikili 2018-ci ildə də bir-birinə rəqib olmuşdu. O vaxt Koç əzici üstünlüklə qalib gəlmiş, Yıldırımın 19 illik başqanlıq dönəmi başa çatmışdı. Dünən Əziz Yıldırım mətbuat konfransı keçirərək namizədliyi və Mourinyo da daxil olmaqla bir çox mövzu ilə bağlı gündəmə düşəcək açıqlamalar verdi.

* 6 il öncə “Əziz Yıldırım getdi, Türkiyə futbolu qurtuldu” deyirdilər. İndi də “Əziz Yıldırım gəlsin, Türkiyə futbolunu xilas etsin“ deyirlər. Belə bir məmləkətdə yaşayırıq. Heç kimlə dalaşmaq niyyətim yoxdu. Amma mənlə dalaşmaq istəyən olsa, ona eyni şəkildə qarşılıq verəcəm.
* Bizim dönəmimizin son 4 ilində komanda çempion ola bilmədi və bunun səbəblərini bilirəm. Hər günümüz məhkəmələrdə keçdi və bu da komandaya ziyan vurdu. Sonra “abunə bilet almayın”, “forma almayın”, “oyuna getməyin” kimi şeylər söylənildi. Yəni hamımız bilrikdə “Fənərbaxça”nı çempionluqdan etdik. “Fənərbaxça” Türkiyənin ən böyük ictimai təşkilatlarından biridi. “Fənərbaxça”nın istəmədiyi bir şey Türkiyədə baş verməməlidi. Amma bu nə zaman ola bilər? Yalnız camiə birləşdiyi zaman. Birlik-bərabərlik olmasa, heç nəyin xeyri olmayacaq.
* Şəxsi və iş həyatımda hər şey qaydasındadı. O zaman nəyə görə namizəd oldum? “Fənərbaxça”da sıxıntılar var. Söhbət etdiyim bəzi şəxslər mən olduğum müddətdə namizəd olmayacaqlarını bildirdilər. Mən ayrılarkən borc 2 milyard lirəyə yaxın idi. İndi isə bu məbləğ 12 milyard lirədi! Əli Koç “mən olduğum müddətdə “Fənər”ə çempion olmağa imkan verməyəcəklər” dedi. Bu sözün üzərində bir xeyli düşündük. Bizim çempionluğumuzu kim istəmir? İqtidarmı, dövlətmi, hakimlərmi, federasiyamı? Kim? Bunlar bir-birinə bağlıdısa, altdan yuxarı getməyəcəyik. Ən yuxarıdan söyləməyə başlayacağıq. Dövlət ayrıdı, hökumət ayrı. Biz dövlətlə dava etməyəcəyik. Amma haqlı olduğumuz müddətdə hökumətlə mübarizəmizi davam etdirəcəyik. Necə ki, buna qədər hər zaman edirdik...
* Mənim tvitlərim və trollarım yoxdu. Mən heç kimin adamı deyiləm. Mən “Fənərbaxça”nın adamıyam! Borcları bitirməyə yox, “Fənərbaxça”nı çempion etməyə gəlirəm. Uşaqları sevindirməyə, xoşbəxt etməyə gəlirəm. Qızım gəlib oyuna baxır və hesabı soruşur. Baxır ki, “Fənərbaxça”nın qarşısında “0”, rəqib komandanın qarşısında “1” yazılıb. Mən deyirəm ki biz qalib gəldik. Amma hesabı gördükdən sonra mənə “nə üçün yalan söyləyirsən” deyir. Uşaqlar hər zaman qazananın yanında olmaq istəyir. Onların naminə çempion olmalıyıq. Çempionlar Liqasını bir kənara qoyun. Milləti aldatmağa heç kimin haqqı yoxdu. Bizə əvvəlcə çempionluq lazımdı. ÇL-ə sonra baxarıq. 10 ildi çempion ola bilmirik!
* 72 yaşım var və yalnız 3 illiyə gəlirəm. Bu müddətdən artıq prezidentlik edə bilmərəm. “Qal” desəz də, bacarmaram! Bəziləri Ədalət və İnkişaf Partiyasının məni dəstəklədiyini iddia edir. Mən heç bir partiyanın üzvü deyiləm və olmaram da! Trollara məsləhətim odu ki, bu mövzulara girməsinlər. Hökümətin dəstəyinə görə yox, sadəcə, həmin o “mən varkən “Fənərbaxça”nı çempion olmağa qoymayacaqlar” sözünə görə ortaya çıxıram. Təbii ki, Əli Koç da seçilə bilər. Mənim onunla şəxsi problemim yoxdu. Mənim problemim onun icraatları ilə bağlıdı. Kim qalib olur-olsun, keçmişdəki səhvlərdən nəticə çıxarmaq lazımdı.
* Mourinyo ilə iki saat üzbəüz söhbət etdim. Qarşıdakı günlərdə onun təmsilçiləri ilə danışıqları davam etdirəcəyik. Nə pul barədə danışdıq, nə də transfer. Mənə “Konyaspor”a qarşı son oyunu izlədiyini söylədi. Bir namizəd onunla əvvəlcədən telefonla danışıbmış. İndiki başqan da danışıqlar üçün menecer göndəribmiş. İnsanlar deyir ki, ona görə 15 milyon verməyə dəyərmi? Qardaşım, sənə nə var? Onunla şərtlərdə anlaşa bilsək, gələcək. Amma mətbuat bu məsələni rahat buraxmır. Ona 100 milyon avroluq büdcə ayıracağımızı yazanlar dsa var. Mourinyo burda yazılanları da izləyir. İndiki rəhbərliyə bir təklifim var. Mourinyo ilə işləməyə razıdılarsa, hər iki tərəf öz adamını göndərsin və bu məşqçi ilə indidən müqavilə imzalansın. Seçkidə kim qalib gəlir-gəlsin, Mourinyo ilə yola davam edilsin. Mən seçkiddə uduzsam belə, onun pulunun yarısını ödəməyə hazıram! Mourinyo gəlsə, onun istədiyi bir neçə futbolçunu alacağıq. Amma əvvəlcə vəziyyətə baxmaq lazımdı.
* Sanki “Fənərbaxça”nın üzərində bir bəxtsizlik var. 4 il bizdən, 6 il də indiki rəhbərlikdən, yəni 10 ildi çempionluq yoxdu. Guya zəngin iş adamlarını idarə heyətinə gətirəcəm. Zəngin iş adamları nəyimə lazımdı? Onlar onsuz da rəhbərliyə daxil olan kimi bir iş görməyəcəklər. Pul versinlər, yetər. Murat Ülkərlə Fərit Şahənkə namizəd olmağı təklif etdim. Amma başqa işləri var. Mənim pullu yox, ağıllı insanlara ehtiyacım var. Həftəsonu toy mərasimi üçün başqa yerə gedəcəm. Bazar günü İstanbula qayıdacam. Ondan sonra yekun idarə heyətini müəyyənləşdirib təqdim edəcəm.
* Bu mövsüm futbol komandamızı üzülərək təqdib etdim. Klubu uzaqdan izləməyin də öz üstünlükləri var imiş. Yol verilən səhvləri gördüm. Düşüncə tərzimizi dəyişdirməliyik. Bunun özü də böyük şeydi. Mövcud rəhbərliyin işinə mane olmamaq və olayı meydandan kənara daşımamaq naminə müxalifətçilik etmədim. Açıqlama verdiyim zaman isə həmişə birlik və bərabərliyi ön plana çıxardım. Xüsusilə bu mövsüm seçkinin komandaya mane olmaması üçün yanvardan bəri bu mövzu haqda, demək olar, danışmadım. Bütün camiəni komandaya dəstək olmağa çağırdım. Bu həftə “Qalatasaray”ı məğlub edəcəyik və yeni dönəm başlayacaq. 2018-də çempionluğumuz seçkiyə qurban getdi. Amma mən belə etmədim. Çünki heç bir seçki çempionluqdan önəmli deyil və ola da bilməz. Bu gün qarşınıza çempionluq üstünlüyünün rəqibimizdə olmasının üzüntüsü ilə çıxıram.
* Mən “Qalatasaray”ın meydandan kənardakı gücünün çox olduğunu nə zaman söyləmişəm? Yalan deyirsiz. Mənim dönəmimdə “Qalatasaray” hekayə idi. Bir dəfə də bizi Kadıköydə məğlub edə bilmədilər! Biz o vaxt onlara qarşı yox, FETÖ-yə qarşı mübarizə aparırdıq. Dövlətin içinə girmişdilər. Ən son Ankaraya getdim və məhkəmədə “artıq qərar verin, həbsə girməyə də razıyam” dedim. Bundan sonra (oyun alğı-satqısı qalmaqalında) yekun qərarı açıqladılar.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-05-2024, 18:0

Koç namizəd oldu, Saran geri çəkildi

Dünya futbolu

14-05-2024, 11:0

Saran prezidentliyə ilk namizəd oldu

Aktual

12-05-2024, 17:0

Koç yenə namizəd oldu, Saran geri çəkildi

Dünya futbolu

11-06-2022, 18:0

TFF prezidentliyinə 9 namizəd ortaya çıxdı!

Dünya futbolu

11-04-2024, 23:0

TFF bu yay yeni prezidentini seçəcək

Aktual
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
“Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
“İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
Son xəbərlər
  • Bu gün, 11:50
    Dünya çempionatında iştirak etməyəcək
  • Bu gün, 11:12
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Bu gün, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Bu gün, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
  • Bu gün, 10:00
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 09:41
    Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri
  • Bu gün, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • Dünən, 23:59
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 23:30
    Berqamonu tərk etdi
  • Dünən, 23:09
    “Kayzerslautern”də qalır, ya gedir? - Mahirin anasından açıqlama
  • Dünən, 22:53
    Reşfordun yolu haradı?
  • Dünən, 22:20
    Mourinyonun təyinatı rəsmiləşdi
  • Dünən, 22:05
    “Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
  • Dünən, 21:23
    Argentina yığmasında zəruri dəyişiklik
  • Dünən, 20:44
    Açılış günü həyatını itirdi...
  • Dünən, 20:21
    Konqolular üzərindən qadağa götürüldü
  • Dünən, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Dünən, 19:23
    Çempion oldu, müqaviləsi yeniləndi
  • Dünən, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Dünən, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Dünən, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Dünən, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Dünən, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Dünən, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
  • Dünən, 15:44
    “Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
  • Dünən, 15:13
    "Karvan-Yevlax" növbəti ayrılıq
  • Dünən, 14:42
    “İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
  • Dünən, 14:25
    Avstraliya Türkiyə ilə oyundan öncə məşqçisini həvəsləndirdi
  • Dünən, 14:11
    “Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
  • Dünən, 13:56
    “Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
  • Dünən, 13:45
    "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
  • Dünən, 13:19
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 13:18
    Murad Musayev "Şəfa"da
  • Dünən, 13:11
    Debütantda bu təyinat cəmi 8 gün davam etdi
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 210
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 200
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 179
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 175
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə