UEFA-dan cəza alanlar arasında iki Türkiyə təmsilçisi də var

18.05.2024 13:00 175
Dünya futbolu / Manşet
UEFA-nın Klublara Maliyyə Nəzarəti Komitəsi 2023/24 mövsümünə aid yekunlarını açıqlayıb.

Klubların vaxtı keçmiş borcları araşdırılıb. Komitə aralarında iki Türkiyə təmsilçisi - ''Qalatasaray'' və ''Adana Dəmirspor''un da yer aldığı Avropanın ümumilikdə 13 klubuna müxtəlif cəzalar verib. Həmin klublar ya öz işçilərinə, ya digər klublara, ya da vergi orqanlarına borcları vaxtında ödəmədiklərinə görə cəzalanıblar. İki Türkiyə təmsilçisindən başqa cəza alanlar arasında ''Auda'', ''Riqa'' (hər ikisi Latviya), ''Portu'', ''Braqa'', ''Gimaraynş'' (hamısı Portuqaliya), ÇSKA (Bolqarıstan), ''Dinamo'' (Gürcüstan), ''Ordabası'' (Qazaxıstan), ''Partizan'' (Serbiya), ''Betis'' (İspaniya) və ''Şaxtyor'' (Belarus) da var.

Yüngülləşdirici və ağırlaşdırıcı faktorlar nəzərə alındığından bu klublara fərqli cəzalar verib. Məsələn, ''Qalatasaray'' da daxil olmaqla 11 kluba pul cəzası verilib. İstanbul nəhəngi 30 min avro ödəməli olacaq. Amma ''Adana Dəmirspor'' ilə ''Şaxtyor'' avrokuboklardan birilliyə kənarlaşdırılıb! Bu klublar qarşıdakı 3 mövsümdən birində avrokuboklarda iştirak etməyə haqq qazansalar, həmin mövsümdə cəzalarını çəkəcəklər. Xatırladaq ki, Adana təmsilçisində yığmamızın üzvü Şahruddin Məhəmmədəliyev çıxış edir.

''Portu'', ÇSKA və ''Gimaraynş''a isə birillik şərti cəza verilib. ''Portu'' iki, ÇSKA üç, ''Gimaraynş'' bir il ərzində borclarını ödəməsə, o zaman şərti cəza qüvvəyə minəcək.

ƏLİ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul