• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Karyeramda heç nəyi dəyişmək istəməzdim” - Jiru “Milan”la vidalaşdı

Dünya futbolu

17-05-2024, 20:0

Olivye Jirunun “Milan” karyerası rəsmən başa çatdı.

“Football-plus.az” xəbər verir ki, DÇ-2018-in qalibi mayın 13-də Amerika təmsilçisi “Los Anceles”lə birillik müqavilə imzaladı. 37 yaşlı futbolçu mövsüm bitən kimi MLS klubuna yollanacaq. Qeyd edək ki, Jiru 2021-dən “rossonyerlər”in şərəfini qoruyurdu. O, ÇL-in 7 qat qalibinin heyətində 130 rəsmi oyun keçirərək 48 qol, 20 məhsuldar ötürməlik performans sərgilədi. Jiru “Milan”da yeganə titulunu 2021/22-də A seriyasının qalibi olmaqla qazandı və həmin uğurda heç də az rol oynamadı. Tanınmış futbolçu klubun rəsmi kanalına belə düsək, vida müsahibəsi verərək son sözlərini söyləyib.

- Olivye, sözü sənə veririk.
- Burda açıqlamaq istəyirəm ki, qarşıdakı iki oyun “Milan”da keçirəcəyim son oyunlar olacaq. Karyeramı MLS-də davam etdirməyə qərar vermişəm. Bu üç il ərzində bu klub üçün etdiklərimlə fəxr edirəm. İndi bunu dilə gəirmək üçün ən ideal zamandı. Bəlkə də bir qədər emosionalam. Buna görə üzr istəyirəm. “Milan” macəram başa çatmaq üzrədi. Amma bu klub həmişə qəlbimdə qalacaq. Özümü burda həmişə evdəki kimi hiss etmişəm.

- “Milan”ı tərk etməklə bağlı qərarı nə vaxt və necə verdin?
- Bir neçə həftə öncə verdim. Çünki düşündüm ki, 35 yaşdan indiyə, yəni demək olar, 38 yaşıma qədər “Milan” üçün hər şeyimi verdim. Həm mənim, həm də ailəm üçün yeni həyata başlamaq baxımından gözəl bir zamandı.

- Yəni artıq ailəni ön plana qoymağın vaxtı çatıb?
- Bəli. Demək olar, futbolçunun bütün karyerası boyunca ailə üzvləri özlərini qurban verir. Yəni onun bütün qərarlarına uyğun yaşayırlar. Belə desək, biz futbolçuların həyatı 200 km/saat sürətlə keçir. Ona görə də mənim üçün elə bir gün gəlib çatıb ki, artıq ailəmi düşünmək istəyirəm. Amma karyeramı bitirmirəm. Sadəcə, belə seçim etmişəm.

- 20 ildən sonra Avropa futbolunu tərk edirsən. Hansı hissləri keçirirsən?
- Ürək döyüntülərimin sayı artmağa başlayıb. Futbol mənim üçün ehtiras və həyat deməkdi. Bu formanı böyük qürurla daşıdım. Avropa karyeramı ən yüksək səviyyədə bitirmək əsas hədəflərimdən biri idi. Bu hədəfə çatdığımı düşünürəm.

- Yəni Avropa karyeranı top-futbolçu kimi başa vurmaq istəyirdin və buna nail oldun?
- Əslində bunu yox, titul qazanmağı nəzərdə tuturdum. Siz də gözəl bilirsiz ki, mən qalib gəlməyi sevirəm və bunun üçün əlimdən gələni edirəm. Son ev oyunumuzun mənim üçün necə emosional keçəcəyini indidən təsəvvür etmək çətin deyil. Yüksək əhval-ruhiyyədə burdan ayrılmaq və fanatlara təşəkkür etmək istəyirəm. Klubun bütün işçiləri ilə də münasibətim əladı. Onlara böyük hörmətim var. Fanatlar da məni ilk gündən yaxşı qarşıladı. Onlarla birlikdə unudulmaz anlar yaşadıq.

- 38 yaşda həm fiziki, həm də psixoloji cəhətdən bu qədər güclü qalmağı, peşəkarlıq səviyyəni bu dərəcədə yüksəkdə saxlamağı necə bacarırsan?
- Mən artıq uzun illərdi peşəkar həyat sürürəm. Qidalanmağıma və yatmağıma xüsusi fikir verirəm. Çünki bu yaşa qədər oynamaq istəyən futbolçu peşəkar kimi yaşamağa məcburdu. Düzdü, istək və qərarlılıq da vacibdi. Amma ən önəmlisi ürəkdə olan ehtirasdı.

- Gələcək haqda düşünmək səni vahiməyə salırmı?
- Narahat olmayın, yaxın keçmişdə yaşadıqlarımla bağlı indidən nostalji hisslərə qapılıram. Amma eyni zamanda yeni təcrübə ərəfəsində də çox həyəcanlıyam. İndi bütün diqqətimi “Milan”dakı karyeramın mümkün qədər müsbət notda başa çatmasına yönəltmişəm. Son oyunlarda da qələbə üçün əlimdən gələni edəcəm.

- Karyeran ərzində, demək olar, bütün önəmli titulları qazanmısan. 38 yaşda ən böyük arzun nədi?
- Avropa çempionatını qazanmamışam. İndi ən böyük arzum bu turnirlə bağlıdı. Həm də AÇ-2024 Fransanın heyətində keçirəcəyim son turnir olacaq. Öz meydanımızda keçirilən AÇ-2016-nın finalında üzücü şəkildə uduzmuşduq. Amma bəlkə də həmin uğursuzluq olmasaydı, iki il sonra dünya çempionluğunu qazana bilməzdik. Yəni indi əsas arzum “Milan” və yığma ilə yüksək əhval-ruhiyyədə vidalaşmaqdı.

- Bəs ABŞ ilə bağlı hansı arzuların var?
- Uşaqlarım üçün yeni həyat təcrübəsinin uğurlu alınmasını istəyirəm. Başqa mədəniyyətlə tanış olmaq fürsətim yaranacaq. Eyni zamanda Fransa yığmasından gözəl tanıdığım dostum Uqo Lyorislə eyni klubda oynayacağım üçün də sevincliyəm.

- 3 il ərzində “Milan” fanatlarının qəlbinə yol tapmağı bacardın. Ümumiyyətlə, bu 3 il sənin gözündə necə keçdi?
- Məni yaxından tanıyanlar bilirlər ki, mən həmişə iki şeyə - qələbələr qazanmağa və meydandan kənarda yaxşı insan olmağa can atıram. İndiyə qədər oynadığım bütün klublardan xoş hisslərlə ayrılmışam. Onların hamısında məni sevən insanlar var. Bu, mənim üçün çox önəmlidi.

- Bura gələrkən gözləntilərin nə idi?
- İlk növbədə “San Siro”dakı hər oyunumuzda möhtəşəm ab-havanın olacağını gözləyirdim. Amma düzünü desəm, skudettonu qazanmağımızın ardından küçələrə bu qədər çox insanın axışacağını gözləmirdim. Fanatların sevgisi, ehtirası gözlədiyimdən də çox oldu. Mən özüm də uşaq yaşlarımdan “Milan” azarkeşiyəm. Amma mən burdan uzaqda, yəni Fransada böyüdüyümdən bu sevgini ordan görmək mümkün deyil. “Milan”ın üzvünə çevriləndən sonra həqiqətən də dahi bir klubda olduğunu anlayırsan. “Milanello”nun divarları tarixi şəkillərlə bəzədilib. Barbara və Corcio (bazada çalışan ofisiantlar – red.) bura gələndən cəmi iki həftə sonra mənim artıq səhər yeməyinə nə istədiyimi bilirdilər. Bunu görmək xoş idi. Tək onlar yox, burdakı bütün işçilər barədə xoş sözlər söyləyə bilərəm.

- Uşaqlıqdan “Milan” azarkeşi olduğunu söylədin. Bu sevgi səndə nə vaxtdan yaranıb?
- “Milan”ı tanıyandan. Mən 1986-cı ildə doğulmuşam. Ona görə də Paolo Maldininin oynadığı komandanı görmüşəm. Yeri gəlmişkən, ona da, baş məşqçiyə də mənə göstərdikləri böyük etimada görə təşəkkür edirəm. Yadımdadı ki, uşaq yaşlarımdan artıq bu kluba simpatiyam yaranmışdı. Sonra Andrey Şevçenko sevimli oyunçuma çevrildi. “Milan” o illərdə çoxlu titul qazanırdı.

- Burda keçirdiyin ilk günü xatırlayırsanmı?
- Əlbəttə. Formanı əlimə götürdüm, onun qoxusunu almağa çalışdım və üzərindəki gerbi öpdüm. Sanki bütün bunlar dünən olmuşdu...

- Düşünmürsən ki, “Milan”a çox gec gəldin?
- Karyeramda nəyisə dəyişmək istəyib-istəmədiyimi soruşsaz, sizə əmiliklə deyə bilərəm ki, heç nəyi dəyişmək istəməzdim. Bütün bu illər ərzində futbol ehtirası ilə yaşamaq, böyük klublarda forma geymək və İngiltərədə çıxış etmək fürsətim oldu.

- İndiyə qədər “Milan” üçün 4 dəfə göz yaşı axıtmısan. Bu da sənin bu formaya nə qədər bağlı olduğunu göstərir.
- Skudettonu qazanmağımız məni xüsusilə qürurlandırdı. Çünki “Milan” 11 illik fasilədən sonra bu uğuru yaşadı. Yadımdadı ki, qızım mənə “ata, indiyə kimi sənin ağladığını görməmişdim” dedi. Ona dedim ki, bəzən ağlayıram, amma bunu gizli etməyə çalışıram. Həm dünya çempionluğunu, həm də skudettonu qazanandan sonra göz yaşlarımı saxlaya bilməmişdim. Komandanın işləri yaxşı getməyəndə də ağladığım vaxtlar olur. Yəni hiss edirəm ki, biz daha çoxuna nail ola bilərdik. Ən azı öz fanatlarımız üçün. Çünki onlar hər oyunda bizi dəstəkləməyə gəlirlər. Yəni tək sevincdən yox, üzüntüdən də ağladığım anlar olur.
- Övladlarının timsalında demək olarmı ki, “Milan”ın 4 yeni azarkeşi böyüyür?
- Əlbəttə. Son qarşılaşmanın final fitindən sonra onlarla birlikdə meydana çıxacam. Həmin anı səbirsizliklə gözləyirəm. “San Siro”da olmaq çox xoşlarına gəlir. Hamısına “Milan”ın formasını geydirirəm. Hamısı az da olsa, italyan dilində danışa bilir.

- Ümumiyyətlə, bu illər ərzində ailən sənə necə yardım edirdi?
- Ailəm, ətrafım, dost-tanış, eyni zamanda inancım həmişə mənə yardım edib. Onların sayəsində pozitiv, ətrafdakılara hörmətlə yanaşan və xeyirxah insan olmuşam. Heç nəyə görə şikayət etməyə haqqım yoxdu. Nə arzulayırdımsa, hamısı həyata keçib.

- Təcrübəni və yaşını nəzərə alanda, paltardəyişmə otağında özünü əsas söz sahibi kimi hiss edirsənmi?
- Bəli. Amma biz böyük bir ailəyik. Qardaş kimiyik. Heç nəyə baxmayaraq, birləşməyi bacarırıq. Gənc oyunçular bəzən bu mövzuda mənimlə zarafatlaşır. Beynimdə hələ də özümü gənc sayıram. Hər dəfə ən kiçik yaşda oyunçuların mənə ehtiyacı olanda dərhal yardım etməyə çalışıram. Bu yaxınlarda 19 yaşlı futbolçumuz Yan-Karlo Şimiçin müsahibəsini oxudum. Öz yaşadığı təcrübədən, əsas komanda ilə birlikdə çıxdığı məşqlərdən danışmışdı. “Milan” öz gənclərinə məhz bu cür pozitiv ruh aşılamalıdı.

- “Milan” fanatları ilə aranızda yaranan əlaqə haqda nələr demək istərdin?
- Şəxsən mənim üçün koronavirus dönəmi çox ağır və üzücü keçmişdi. Biz futbolu emosiyalar yaşamaq, həmin anları fanatlarla bölüşmək üçün oynayırıq. İlk ilimdə bütün bunları yaşamaq mənə qismət oldu. Sevincimdən az qala dəli olmaq həddinə çatırdım.

Çempionluğumuzdan sonra küçələrdə sevincdən ağlayan uşaqları, qadınları və yaşlı insanları gördüm. Bu, futbolda baş verə biləcək ən gözəl andı.

- Ümumiyyətlə, sənin üçün lider olmaq nə deməkdi?
- Mən paltardəyişmə otağında çox danışanlardan deyiləm. Yalnız buna ehtiyac olduqda söz deməyə çalışıram. Futbolçunun həyatdakı davranışından və komanda yoldaşları ilə münasibətlərindən çox şey asılıdı. Məhz bu məqamlar başqalarını sənə hörmətlə yanaşmağa və ya əksinə, sənə güvənməməyə vadar edir. “Milan”da insani keyfiyyətləri həqiqətən də yüksək olan futbolçular toplaşıb. Çox xeyirxahdılar. Onları nə qədər sevdiklərimi bilirlər. Bu komandaya verə biləcəyim yeganə məsləhət odu ki, heç vaxt, hətta ən çətin məqamlarda da təslim olmasınlar. Birləşməyi bacarsınlar və 2021/22-də nələr etdiklərini xatırlasınlar. Düzdü, bir müddət sonra burdan ayrılacam. Amma burda hər zaman hər kəsə məsləhətlərimlə, sözlərimlə yardım etməyə hazıram. Telefonla və ya görüntülü kim yığıb danışmaq, məsləhət almaq istəsə, bunu sevə-sevə edərəm. Çünki onların hər biri ürəyimdədi.

- Hansı komanda yoldaşlarınla xüsusi münasibətlərin var?
- “Arsenal”dan tanıdığım İsmael Bennaseri yenidən burda görmək mənə xoş oldu. Eləcə də Pyer Kalulu, Teo Ernandes və digər fransalı futbolçular ilə çox yaxşı anlaşdım. Rafael Leaonu da xüsusi qeyd edərdim. Çünki fransız dilində yaxşı danışır. Mən bura Mayk Menyanla birlikdə gəldim. Bir qədər sonra Yasin Adli də gəldi. Təbii ki, İbrahimoviçi də unuda bilmərəm. Onunla birlikdə oynamaq mənim üçün qürur oldu. Məni çox gözəl qarşılaşmışdı. İlk gündə mənə dediyi sözü heç vaxt unutmayacam. Mənə “Milanın yalnız bir kralı var, o da mənəm” dedi. Bu söz xoşuma gəldi. Mənə başa saldı ki, böyük kluba gəlsəm də, əlimdən gələni etməliyəm.

- “Milan” dönəmi ilə bağlı nəyəsə görə peşmanlığın varmı?
- Bu sözü xoşlamıram. Bizim üçün mövsüm çətin alındı. Çünki əsas rəqibimiz “İnter”in dominantlığı ilə keçdi. Amma ən böyük üzüntüm avrokuboklarla bağlı oldu. “Roma”ya uduzacağımızı gözləmirdim. Hər iki qarşılaşmada imkanlarımızdan aşağı səviyyədə çıxış etdik. Cavab oyununda sonra söz tapmaqda çətinlik çəkirdim. Çünki “Milan”dakı son mövsümümdə heç olmasa, bir titul qazanmaq üçün alışıb-yanırdım. Ümid edirəm ki, “Milan” gələn mövsümdən yenidən titullar qazanmağa başlayacaq. Bu klubu çox sevirəm.

- İnsanların yaddaşında necə qalmaq istərdin?
- Gənclərə yaxşı miras qoyduğumu düşünürəm. Onların mənim haqda dediyi xoş sözlər bunu bir daha təsdiqləyir. Fikrimcə, ilk mövsümümdə “İnter”lə oyunda dubl etməyim hələ uzun müddət unudulmayacaq. O matçda qələbəyə çox ehtiyacımız var idi. Məhz həmin derbidən sonra fanatların mənə münasibəti dəyişdi. Mənə mahnılar həsr etməyə başladılar. Bunun sayəsində “Milan”ın necə xüsusi klub olduğunu anlamağa başladım. Çünki fanatlar mahnılarda olduğu kimi heç vaxt səni yalqız qoymur. Ümid edirəm ki, fanatlar həmin mahnıları mənim üçün son oyunumdan sonra da oxuyacaqlar.

ƏLİ RAUFOĞLU

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-04-2024, 14:0

Milandan Los Ancelesə yollanacaq

Dünya futbolu

22-03-2024, 14:0

İtaliyadan Amerikaya yollana bilər

Dünya futbolu

26-02-2024, 16:0

Jiru “Milan”ı hansı kluba dəyişəcək?

Dünya futbolu

26-02-2023, 11:0

Jiru "Milan"da qalacaq?

Aktual
Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
Əli Bəşirovdan xəbər var!
"Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
“Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
Son xəbərlər
  • Bu gün, 00:55
    Unay Emeri yenə Avropa Liqasının qalibi oldu!
  • Dünən, 23:55
    Karvaxal inciyib: baş məşqçini vida yeməyinə çağırmadı
  • Dünən, 23:07
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı - RƏSMİ
  • Dünən, 22:42
    UEFA prezidenti Türkiyə futbolu haqda nələr dedi? - ''Bəli, potensial var, amma...''
  • Dünən, 22:11
    Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
  • Dünən, 21:40
    Əli Bəşirovdan xəbər var!
  • Dünən, 21:07
    Cəsusun kimliyi bəlli oldu - İngiltərədəki qalmaqalın detalları
  • Dünən, 20:37
    Mourinyo 13 ildən sonra Madridə qayıdacaq
  • Dünən, 19:43
    “Formula-1” dünyasında önəmli razılaşma
  • Dünən, 19:12
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 18:41
    "Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
  • Dünən, 18:15
    Cokoviç də “qiyamçılar”ı dəstəklədi
  • Dünən, 17:44
    “Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
  • Dünən, 17:30
    Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
  • Dünən, 17:15
    “Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
  • Dünən, 16:56
    PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
  • Dünən, 16:27
    "Sabah" "Qarabağ"a qalib gəldi, çempion oldu
  • Dünən, 15:58
    Peresin fikirləri özünü və “Real”ı ziyana sala bilər
  • Dünən, 15:28
    Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
  • Dünən, 14:59
    Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı
  • Dünən, 14:45
    Yamal mudiala zədəli yollanacaq
  • Dünən, 14:32
    Neapolu tezliklə tərk edəcək
  • Dünən, 14:15
    Ölkəmizi AÇ-də təmsil edəcək şahmatçılar - AÇ
  • Dünən, 14:00
    Maltanın millimizlə görüş üçün heyəti bəlli oldu
  • Dünən, 13:08
    ''Arsenal'' 22 illik həsrətə son qoydu, Arteta premyer-liqanın tarixinə düşdü
  • Dünən, 12:37
    “Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
  • Dünən, 12:16
    “Bavariya” XXI əsrdə “böyük beşliy”in rekordunu yenilədi! - İCMAL
  • Dünən, 11:58
    "Sumqayıt" - "Qarabağ" matçının biletləri satışda
  • Dünən, 11:39
    “Frayburq”un ilk, Emerinin 6-cı cəhdi
  • Dünən, 11:18
    “Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
  • Dünən, 10:58
    Bəhlul və Muaddib "Qarabağ"ın məşqində
  • Dünən, 10:37
    “Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
  • Dünən, 10:31
    Ölkəmizi AÇ-də təmsil edəcək güləşçilər - SİYAHI
  • Dünən, 10:00
    ''Beşiktaş'' yeni idman direktorunu tapdı
  • 19-05-2026, 23:0
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 241
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 210
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə