• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Çelsi” İngiltərənin dördüncü gücü olacaq

Dünya futbolu

13-08-2025, 13:0

Bəlkə də bu fikir çoxlarına qəribə gələcək. Ancaq dərindən düşünəndə başqa qənaət üçün əlyeri qalmır.

Bu gün “Liverpul”, “Mançester Siti” və “Arsenal” İngiltərə futbolunda üç əsas gücdü. Bunu həm turnir cədvəlindəki yerə, həm transferlərə, həm də bu komandaların mentallığına görə deyirik. Bu üç klub hər mövsüm titul uğrunda mübarizədə favoritlər sırasında yer alır. Hansısa başqa komandanın onlarla bir sırada dayanması qəribə görünərdi. Ancaq məhz “Çelsi” həmin yerə iddia edə bilər.

Birincisi, “Çelsi” heyətlə bağlı ciddi itkiyə məruz qalmayıb. Feliks, Madueke, Petroviç – heç biri əvəzolunmaz oyunçu deyil. Və əksinə, klub güclənir. Tezliklə Yorell Hato “zadəganlar”ın düşərgəsində olacaq – Kukurelyanın əvəzedicisi kimi gətirilir, bəli, bahadı, ancaq həm də potensialı böyükdü. Hələ Xavi Simonsu da unutmayın. Niderlanddan olan cütlüyə ayrıca yazı həsr etməyə dəyər. Ancaq bir məqam aydındı ki, komanda güclənir, heyəti “dərinləşir”.

İkincisi, 4-cü yer uğrunda mübarizədə “Çelsi” güclü rəqabət hiss etməyəcək. “Nyukasl” “əyləci basıb”: istədiyi bütün oyunçuları (Mbeumo, Joao Pedro, Vissa) başqaları ələ keçirdi, İsakın mümkün gedişi isə bütün komandanı sarsıdacaq. “Aston Villa” birdən-birə üç həlledici oyunçusunu itirə bilər. Uotkins, Rocers və Martines mövsümöncəsi toplanışa qatılsalar da, gedəcəkləri istisna olunmur. “Nottingem Forest” artıq Elanqanın xidmətindən məhrum olub, çətin ki, ötən mövsümdəki qəhrəmanlığı təkrarlaya bilə. “Mançester Yunayted” və “Tottenhem”? Uğursuz mövsümdən sonra yenicə toparlanmağa başlayıblar. Ötən mövsüm 15-ci və 17-ci yeri tutduqlarına görə növbəti mövsüm kəskin yüksəliş yaşayacaqlarına inanmağa dəyməz. Hürtslerin çalışdırdığı “Brayton” yaxşıdı, amma sabit oynamır. Deməli, məhz “Çelsi” ilk “4-lüy”ü qapamağa ən real namizəddi.

Və nəhayət: onu da unutmayaq ki, “Çelsi” artıq tərəqqinin meyvələrini dərməkdədi. Konfrans Liqasında qələbə, klublararası dünya çempionatında zəfər, Çempionlar Liqasına dönüş – bunlar artıq ciddi uğurlardı. Komandanın yenidən bəlli oyun üslubu formalaşıb, ulduzları, pulu, mental möhkəmliyi var. Ağır böhran dönəmindən sonra London klubu identikliyinə qovuşub və indi irəli hərəkət eyməyə hazırdı. Bütün bunlar “Çelsi”ni yaxın bir-iki ildə İngiltərənin dörd klubu sırasında görəcəyimizə ümid verir.

Təbii ki, bütün bunlar subyektiv fikirlərdi. İngiltərə futbolunu yaxından izləyən oxucularımız arasında razılaşmayanlar da tapılacaq. Necə deyərlər, həqiqət mübahisələrdən doğur!

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

31-07-2022, 23:0

“Çelsi” onun uğrunda mübarizədə “Real”ı qabaqladı

Dünya futbolu

27-01-2024, 00:0

“Çelsi” tennis hesabıyla qələbə qazandı

Dünya futbolu

27-01-2023, 19:0

“Çelsi”dən İngiltərədə transfer rekordu - ARAŞDIRMA

Dünya futbolu

17-04-2023, 19:0

“Liverpul” Bellingem uğrunda mübarizədən çəkildi

Dünya futbolu

2-04-2024, 22:0

“Mançester Siti” qitədə liderdi

Dünya futbolu

27-02-2024, 19:0

“Liverpul” Liqa kubokunu 10-cu dəfə qazandı

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • 11-08-2026, 22:0
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • 11-08-2026, 22:0
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • 11-08-2026, 21:0
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • 11-08-2026, 21:0
    Parisdən Madridə yollandı
Daha çox
Oxunub: 322
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 104
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə