• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Liverpul” Bellingem uğrunda mübarizədən çəkildi

Dünya futbolu

17-04-2023, 19:0

Cud Bellingem yaxınlaşmaqda olan yay “transfer pəncərəsi”nin ən matah malıdı.

“Football-plus.az” xəbər verir ki, 19 yaşlı ingiltərəli yarımmüdafiəçi uğrunda amansız mübarizə başlamaqdadı. Və artıq indidən – apreldə bu mübarizədən çəkilən ilk komandanın adı bəllidi - “Liverpul”.

Cud “Liverpul” üçün hədsiz bahadı
Mersisaydlılar Cuda əsas iddiaçılardan sayılırdı. Futbolçunun atası klub rəhbərliyi ilə görüşmüşdü, kapitan Cordan Henderson Bellingemi yığmada “qanadı altına almışdı”, “Borussiya”nın futbolçusu yazda Aleksander-Arnoldla konsertə getmişdi.
Aprelin 11-də norveçli jurnalist, “Ayntraxt” və “Midlsbro”nun sabiq futbolçusu Yan Oge Fyortoft belə insayd yaydı: “Liverpul” “Borussiya”ya Belingemi almaqla bağlı təklif göndərib”. Ancaq bu insayddan dərhal sonra İngiltərədə “Liverpul” yazarı kimi tanınan bütün müəlliflər cəmi bir saat ərzində klubun Cudun xidmətindən imtina etməsi ilə bağlı xəbər yaydı. Bu xəbəri bütün əsas insayderlər – “The Atletic”dən Ceyms Pirs, “Telegrapf”dan Kris Baskomb, “Guardian”dan Endi Hanter, “Times”dan Pol Coys təsdiqlədi. Onların yazdığına inansaq, Yürgen Klopp və rəhbərlik birlikdə qərar verib ki, Bellingem uğrunda hərracda iştirak etmək əvəzinə heyətin yenidən qurulmasına köklənmək daha yaxşı addımdı. Belə seçimdə vacib amillərdən biri də komandanın növbəti mövsüm Çempionlar Liqasının qrupunda oynamamaq perspektividi. Axı belədə avtomatik “Liverpul”un gəlirləri aşağı düşəcək. “Borussiya”nın 135 milyon funt qiymət qoyduğu Cudun transferi isə heyətin ciddi şəkildə yenilənməsinə mane ola bilər. Hələ bu məbləğin üzərinə agentlərə ödəniləcək pulu və bonusları da gəlmək lazımdı.

“Liverpul” mövsümün əvvəlində güman edirdi ki, Cud kluba 80 milyon funta başa gələcək, ancaq DÇ-2022-dən sonra İngiltərə yığmasının ulduzunun qiyməti çox artıb. Və daha bir amil: Klopp istəyirdi ki, bütün transfer işləri mövsümlərarası toplanış başlayana qədər bitsin, Cud dastanı isə uzana-uzana gedə və sonda uğursuzluqla bitə bilər. Bu müddət ərzində mersisaydlıların başqa transfer hədəfləri artıq özünə yeni iş yeri tapacaq. Bütün bunları nəzərə alan klub rəhbərliyi bir əldə bir neçə qarpız tutmaq istəmədi. Yeri gəlmişkən, Fyortof belə hesab etmir ki, onun transfer xəbəri yanlış olub: “Çox güman, təklif Dortmundda gözlədikləri rəqəmlərdən çox uzaq idi”.

“Liverpul” artıq başqa futbolçular uğrunda mübarizə aparır. İnsayder Fabritsio Romano təsdiq edir: Klopp yayda meydanın mərkəzinə iki-üç yeni futbolçu gətirmək istəyir. Baş məşqçinin siyahısında olan adlar: “Çelsi”dən Meyson Maunt və Konor Qallaher, “Brayton”dan Aleksis Mak Allister və Moyses Kaysedo, “Fulhem”dən Joao Palinya, “Vulverhempton”dan Mateuş Nunyeş, “Bavariya”dan Rayan Qravenberh.

Cud uğrunda mübarizədə favoritlər kimdi?
“Liverpul”un Cud uğrunda mübarizədən çəkilməsinə baxmayaraq, yeniyetmə istedada maraq göstərənlər çoxdu.

• “Mançester Siti” əsas namizədlərdən biri sayılır. Güman olunur ki, bu məsələdə “Borussiya” ilə “Siti” arasındakı xoş münasibətlər böyük rol oynayacaq – son illərdə Dortmunddan Mançesterə Gündoğan, Akanci və Holann yollanıb. Cudla Erlinq arasındakı yaxşı münasibətlər da Qvardiolanın komandasının xeyrinə işləyən amildi. Üstəlik “Siti” üçün heç vaxt pul problemi yoxdu.

• “Real” da Cudu yay üçün əsas hədəfi sayır. Almaniyanın “Bild” nəşrinin xəbərinə görə, Madrid klubu sövdələşmənin maliyyə çərçivələrini müəyyənləşdirib: 100 milyon avro “Borussiya”ya ödəniləcək, 30-50 milyon bonus kimi nəzərdə tutulur, futbolçunun maaşı isə 20 milyon avro olacaq. Elə həmin “Bild” yazır ki, Bellingemin qərarı əsasən Luka Modriçlə Toni Kroosun taleyindən asılı olacaq. Bunlardan heç biri “Real”dan getməsə, Cudun Madriddə görünmək şansı azalacaq.

• Son aylarda “Mançester Yunayted” də fəallaşıb. “Manchester Evening News”un əməkdaşı Sem Lakherst yazır ki, Ten Haq Bellingemin oyununu çox bəyənir: “Erik deyir ki, dünyada istənilən futbolçunu transfer etmək imkanı olarsa, Cudu seçərdi”. Çox güman, yayda klub yeni sahibinə qovuşacaq. Belədə hansısa futbolçu üçün 100-150 milyon xərcləmək böyük problem olmayacaq.

• “Liverpul”un Cud uğrunda mübarizədən qopmasından az əvvəl Dortmund nəşrləri futbolçunun tezliklə gələcəyi ilə bağlı qərar verəcəyini yazıb. Britaniyanın “Paddy Power” bukmeker kontoru isə bu mübarizədə “Siti”ni favorit sayır. 2-ci yerdə “Real” qərarlaşıb. Ardından şansı o qədər də yüksək dəyərləndirilməyən MY, PSJ və “Çelsi” gəlir. Və “Bild”də yer alan insayd da bu baxımdan maraqlıdı: “Bellingem “Mançester Siti”, PSJ və “Çelsi”yə keçidi istisna edir. O, yalnız pulu yox, ehtirası, şərəfi və imici ilə də seçilən klubda oynamaq istəyir”.

Klopp klubun yeganə ümid yeridi

Bellingem uğrunda mübarizədən belə erkən seçilmək “Liverpul” üçün ÇL-ə vəsiqə qazanmamaqdan daha ciddi məğlubiyyətdi. Həm də klubun gələcəyi üçün narahatlıq keçirmək baxımından ciddi əsas. Hələ payızda “Liverpul” rekord gəlirləri haqda hesabat vermişdi. Belə görünürdü ki, klubun maliyyə vəziyyəti əladı, ardıcıl bir neçə il ÇL-də oynamaq yaxşı pullar gətirib, üstəlik Klopp və Salah ilə müqavilənin müddəti uzadıldı. Ancaq indi apreldi və komanda ciddi yenidənqurmaya ehtiyac duyur, ÇL-ə vəsiqədən uzaq düşüb, əsas transfer hədəfi olan Bellingem isə mersisaydlılar üçün hədsiz bahadı.

Bütün yaşananlar “Liverpul”un ÇL-dən gələn paradan necə də çox asılı olduğunu göstərir. “Mançester Yunayted” və “Arsenal” özünə bir neçə il əsas avrokubokda oynamamağı rəva görə bilər, “Liverpul” üçün isə dərhal problem yaranır. Hətta son bir neçə ildəki qənaət rejimindən sonra da.

“Liverpul” yenidən top səviyyəli futbolçular üçün cəlbedici olmaq yolunda uzun müddət çalışdı. 2017-də Klopp şəxsən Mbappeni PSJ-ni yox, “qırmızılar”ı seçməyə inandırmağa çalışdı, ancaq bacarmadı. Düşünmək olardı ki, son illərdəki uğurlar növbəti superistedadı əldən verməmək üçün şərait yaradacaq, Cud hətta “Liverpul”un xeyrinə qərar verməyə köklənmişdi. Ancaq sonda klubun bunun üçün, sadəcə, pulu çatmadı.

Bellingemin transferi həm də ambisiyalara işarə olardı. Top səviyyəli oyunçunun, yaxın 10 ilin mümkün liderinin gəlişi azarkeşləri sakitləşdirər, başqa futbolçular üçün isə titullar uğrunda mübarizə aparmaq baxımından təminat olardı. Və bütün bu proseslər artan rəqabət fonunda baş verir. Premyer-liqada başqa “top-6” klubları həvəslə pul xərcləyir, onların sırasına “Nyukasl” da qoşulub. “Liverpul” əvvəllər rasional idarəçilik sayəsində başqalarını üstələyirdisə, indi klubda yaşananlar “bardağı” xatırladır. Bir il ərzində ikinci idman direkoru getməkdədi (yenisi tapılmayıb, transferlərə görə indi Kloppun korpusu cavabdehdi), yayda əsas analitik klubdan ayrılacaq. Oyunların videoicmalına görə məsuliyyət daşıyan videoanalitik isə əvvəlcə “Nyukasl”a yollandı, yayda “Siti”nin - əsas rəqibin düşərgəsində olacaq.

Yayda klubun ciddi yenidənqurmaya ehtiyacı var. Vəsaitdən savadlı şəkildə yararlanmaq lazımdı. Ardıcıl iki il Çempionlar Liqasından kənarda qalmaq klub üçün fəlakət olardı. “Liverpul” azarkeşlərinin yeganə ümid yeri isə Kloppdu. Onların fikrincə, baş məşqçi hələ də möcüzə yaratmağa qadirdi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-10-2022, 23:0

“Real”ın gələn yay üçün transfer hədəfi bəllidi

Çempionlar Liqası

28-05-2022, 11:0

"Liverpul" 2:0 hesabı ilə qalib gələcək" - Cerrard

Dünya futbolu

16-11-2022, 10:0

"Liverpul"un futbolçusu Portuqaliya millisindən imtina etdi

Dünya futbolu

17-10-2022, 13:0

Salah "Liverpul"un əfsanəsini geridə qoydu

Aktual
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
“Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
"İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
Son xəbərlər
  • Dünən, 23:57
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • Dünən, 23:37
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
  • Dünən, 23:05
    ''Qalatasaray'' evdə uduzdu
  • Dünən, 22:33
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 22:00
    Ederson iddiaları təkzib etsə də...
  • Dünən, 21:38
    “Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
  • Dünən, 21:00
    Namiq Ələsgərov "Kəpəz"də
  • Dünən, 19:47
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 19:16
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 18:45
    "Sabah azarkeşlərimizin köməyi və dəstəyi ilə mərhələ keçəcəyik" – Valdas Dambrauskas söz verdi
  • Dünən, 18:36
    “Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
  • Dünən, 18:00
    Şimali Amerikaya yollandı
  • Dünən, 17:32
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:00
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 16:30
    Boyan Letiç "Araz-Naxçıvan"da
  • Dünən, 16:00
    ''UltrAslan''ın lideri saxlanıldı!
  • Dünən, 15:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 14:58
    Ağadadaş Salyanski "Araz-Naxçıvan"da
  • Dünən, 14:26
    "İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
  • Dünən, 13:55
    "İmişli"nin sabiq futbolçusu "Karvan-Yevlax"da
  • Dünən, 13:34
    “Misli” premyer-liqaya sponsorluğunu davam etdirəcək
  • Dünən, 13:08
    “Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
  • Dünən, 12:35
    PSJ-dən Arda Gülər üçün astronomik təklif
  • Dünən, 12:04
    "Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
  • Dünən, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Dünən, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Dünən, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Dünən, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 06:28
    Cəlalın komandası qalib gəldi
  • 9-08-2026, 23:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 9-08-2026, 22:0
    Romadan Milana üz tuta bilər
  • 9-08-2026, 22:0
    "Səbail" 4 legioner transfer etdi
  • 9-08-2026, 21:0
    Klubu ilə yenidən anlaşdı
  • 9-08-2026, 21:0
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • 9-08-2026, 20:0
    Rahil Məmmədov "Turan Tovuz"da
Daha çox
Oxunub: 275
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 128
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 100
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə