• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Çelsi” tennis hesabıyla qələbə qazandı

Dünya futbolu

27-01-2024, 00:0

“Midlsbro” ilk oyunda qələbə qazandığından bu cütün qalibin kim olacağı ilə bağlı müəyyən şübhələr var idi.

"Football-plus.az" xəbər verir ki, ancaq “Çelsi” cavab görüşündə rəqibi darmadağın etməklə səviyyəcə ondan aşkar üstün olduğunu göstərdi. “Midlsbro” yalnız debütdə inamlı göründü, tezliklə meydan sahibləri təşəbbüsü ələ keçirdi. Artıq 15-ci dəqiqədə hesab açıldı. Broya topu rəqib qapısına göndərmək istəyərkən Houson müdaxilə etdi və avtoqol müəllifi oldu. Qonaqlar bir müddət də təzyiqə davam gətirdi. Ancaq Fernandesin 2-ci qolundan sonra Kerrikin komandası pərən-pərən düşdü. Tezliklə Disasi əks-hücumda fərqi darmadağın həddinə çatdırdı, ardından Palmer fərqləndi. Artıq ilk yarının sonunda hər şey aydın idi, komandalar 2-ci hissəyə çıxmaya da bilərdi. Hərçənd “zadəganlar” 4-cü qoldan sonra da dayanmadılar. 5-ci qol 77-ci dəqiqədə Palmerdən gəldi. 4 dəqiqə sonra Madueke də Qloveri məyus etdi. Hər halda, “Boro” “quru” hesabla uduzmadı. Qonaqlar 6 dəqiqə ərzində iki dəfə fərqləndi. Kruskun qolu ofsayd üzündən sayılmasa da, Rocers qaydalar çərçivəsində qol vurdu. İki oyunun nəticəsinə görə 6:2 hesabıyla qalib gələn “Çelsi” son üç ildə 2-ci dəfə Liqa kubokunun finalına vəsiqə qazandı. 2022-də “Liverpul”a penalti seriyasında uduzan “zadəganlar” bu titulu sonuncu dəfə 2015-də qazanıb. Ümumiyyətlə, onlar bu kuboku 5 dəfə muzeyinə aparıb. Daha bir maraqlı statistika var. “Çelsi” 2000-dən bəri 18-ci dəfə ölkədaxili turnirlərdə finala adlamaqla özünə məxsus olan rekordu bir qədər də yaxşılaşdırdı. “Mançester Yunayted” bu müddətdə 12, “Arsenal” isə 11 dəfə finalda oynayıb.

yarımfinal, cavab görüşləri
Çelsi – Midlsbro 6:1 (ilk oyun – 0:1)
Houson, 15-öz qapısına. Fernandes, 29. Disasi, 36. Palmer, 42; 77. Madueke, 81 – Rocers, 88.
Çelsi: Petroviç, Disasi, Silva, Koluill, Çiluell (Gilkrist, 65), Kaysedo (Çukvuemeka, 72), Fernandes, Sterlinq (Kasldayn, 85), Palmer, Mudrik (Madueke, 46), Broya (Qallaher, 65).
Fulhem – Liverpul 1:1 (1:2)
Diop, 77 – Dias, 11.

Reaksiya
Maurisio Poçettino, “Çelsi”nin baş məşqçisi: “Hansısa mənada möhtəşəm nəticədi. Avrokuboklarda çıxış etmədiyimizə görə Liqa kubokunda finala çıxmaq ilk gündən hədəfimiz idi. Komandanı praktiki cəhətdən sıfırdan yığdıq, fevralda “Uembli”də olmağa can atırdıq. Bu vəzifə yerinə yetirildi. İndi söhbət finalda qələbə qazanmaqdan gedir. Komandanın özünəinam qazanması baxımından vacib addım atdıq. Finala vəsiqə futbolçulara əlavə motivasiya verəcək. Finala görə onlar elə sabah məşqə çıxmaq istəyirlər! Bəli, mən də titul qazanmaq arzusu ilə alışıb-yanıram. Parisdə üç titul qazana bildim, burda da qazanmaq istəyirəm. Özü də çox”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-12-2023, 11:0

“Liverpul” “Vest Hem”i darmadağın etdi, “Fulhem”ə rəqib oldu

Ölkə futbolu / Reportaj

2-09-2023, 16:0

“Turan Tovuz” Masazırda şou göstərdi - REPORTAJ

Dünya futbolu

3-05-2023, 20:0

İlk “4-lük” inamlı qələbə qazandı, “Valensiya” yenə təhlükəli zonadadı

Dünya futbolu

5-04-2023, 22:0

Liderlər hərəyə 4 qol vurdu, MY 3-cü yeri təhvil verdi – 29-cu turun şərhi

Dünya futbolu

11-12-2023, 21:0

Qələbə həsrəti 4-ə çatan MS 4-cü pilləyə yuvarlandı

Aktual
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
Son xəbərlər
  • Bu gün, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Bu gün, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Bu gün, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Dünən, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Dünən, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Dünən, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Dünən, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Dünən, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Dünən, 09:09
    Millimiz 1/4 finalda - AÇ
Daha çox
Oxunub: 405
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 181
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 163
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə