Tyaqo Motta tezliklə “Yuventus” ilə vidalaşa bilər.
Onun yerinə Roberto Mançininin təyinat ala biləcəyi xəbər verilir.
“La Gazzetta dello Sport”un yazdığına görə, Turin klubunun baş məşqçisi Tyaqo Motta A seriyasının 30-cu turunun “Cenoa” ilə oyunundan sonra istefaya gönərilə bilər. Onun yerinə isə Mançini klubla 4 aylıq müqavilə imzalamağa hazırdı. Təcrübəli mütəxəssis komandanı Çempionlar Liqasına (ÇL) çıxara bilsə, onunla müqavilənin müddəti uzadılacaq.
“Yuventus” hazırda turnir cədvəlində 52 xalla 5-ci yerdədi və ÇL-ə vəsiqə verən 4-cü yerdən 1 xal geridədi.