“Qəbələ” növbəti transferini rəsmiləşdirib.
"Football-plus.az" xəbər verir ki, “qırmızı-qaralar” braziliyalı müdafiəçi Edson Eduardo ilə anlaşıb. 24 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.
Edson son olaraq İslandiyanın “Vestri” klubunda çıxış edib. O, buna qədər vətənində “Rondoniense”, “Anapolis”, “Ponte Preta” və Tunisdə “Qabes” klublarının formasını geyib.