Qazaxıstanın Akmola vilayətinin Qorğaljın rayonunda məktəbli boksçular (U-15) arasında beynəlxalq turnir keçirilib.
"Football-plus.az" xəbər verir ki, 5 ölkənin iştirakı ilə təşkil olunan yarışa millimiz iki idmançı ilə qatılıb və onların hər ikisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Boksçularımız – Sərxan Haqverdiyev (70 kq) və Teymur Tanrıverdiyev (+70 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medala yiyələniblər. Finalda yerli idmançılarla döyüşən təmsilçilərimiz görüşü vaxtından əvvəl tam üstünlüklə xeyirlərinə bitiriblər.
Komandanın çalışdırıcısı Etibar Abdullayev isə turnirin ən yaxşı məşqçisi seçilib.