Alleqrinin aqibəti nədən asılıdı?

6.04.2024 13:00 174
Dünya futbolu
Massimiliano Alleqri mövsümün sonunda “Yuventus”u tərk edə bilər.

“Gazzetta dello Sport”un yaydığı xəbərə görə, Turin klubunun rəhbərliyi italiyalı mütəxəssislə yolları ayırmaq variantını nəzərdən keçirir. “Yuventus”un bossları komanda Çempionlar Liqasına vəsiqə qazana bilməsə, Alleqrini istefaya göndərməyə hazırdılar. Onun yerinə “Brayton”u çalışdıran Roberto De Zerbi əsas namizəd sayılır.

A seriyasının son 9 turunda yalnız 1 qələbə qazanan “Yuventus” hazırda 59 xalla 3-cü yeri tutur.