''Qalatasaray''ın bütün dünyada məşhur olan ''ultrAslan'' fanat qruplaşmasının lideri olan və Səbahəttin Şirin adı ilə tanınan Müzəffər Şirin İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan əməliyyat zamanı saxlanılıb.
Prokurorluqdan verilən açıqlamadan bəlli olur ki, Müzəffər Şirin ''idman meydanlarında qanuna zidd hərəkətlər və idman oyunları ilə bağlı qanun pozuntuları'', ''narkotik maddələrin istifadəsi və saxlanılması'', ''xalqa yanıldıcı məlumatlar çatdırmaq'' və ''qanunsuz hərəkətə yol vermək məqsədilə qruplaşma toplamaq'' maddələri ilə günahlandırılır.
Qeyd edək ki, əslən trabzonlu olan Müzəffər Şirin 2001-ci ildə ''Qalatasaray''ın bir çox yerlərdən fanatlarını bir yerə toplamaq üçün Alpaslan Dikme ilə birlikdə ''ultrAslan'' fanat qruplaşmasını yaradıb. Camiədə tanınan simalardan biridi. Digər qurucu Alpaslan Dikme 2008-ci ildə dünyasını dəyişdikdən sonra qrupun tam olaraq liderlik və təşkilatçılıq məsələləri Müzəffər Şirinin əlinə keçmişdi.