“Araz-Naxçıvan” heyətinə yeni oyunçu cəlb edib.
"Football-plus.az" xəbər verir ki, Boyan Letiçlə 1 mövsümlük müqavilə imzalanıb.
33 yaşlı sol cinah müdafiəçinin son klubu “Sabah” olub. O, müxtəlif illərdə “Kozara Qradişka”, “Borac Şamaç”, “Velej Mostar”, “Karvina”, “Sarayevo”, “Radniçki Niş” və “Mirandeş”də də forma geyib.
Bosniyalı futbolçu 2022-ci ilin fevral ayından bu ilin yanvarına qədər "Sabah"da çıxış edib. O, paytaxt klubunda ümumilikdə 125 oyun keçirib.