“Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gəncə təmsilçisi Namiq Ələsgərovu heyətinə qatıb. 31 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi “sarı-göylər”in formasını geyəcək.
Namiq Ələsgərov son mövsümdə “Zirə”nin heyətində çıxış edib. 2015/16 mövsümünün ikinci yarısında “Kəpəz”in formasını geyən futbolçu 15 oyunda 3 qola imza atıb. Futbolçu millimizin də formasını geyib.
"Kəpəz" bu yay Rojerio Santos, Vadim Abdullayev, Azuma Abubakar, Urfan Abbasov, Kennet Kalunqa və Viktor Stinanı da heyətinə cəlb edib.
Namiq Ələsgərov "Kəpəz"də
Ölkə futbolu





