"Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı

10.08.2026 12:04 6
Avrokuboklar
Ukrayna premyer-liqasında 2-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Konfrans Liqasında "Qarabağ"ın rəqibi Kiyev "Dinamo"su səfərdə "Veres"in qonağı olub. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qarabağ” ilk görüşdə bu rəqibə 0:1 hesabı ilə məğlub olub. Cavab oyunu avqustun 13-də Bakıda keçiriləcək.