Denni Uelbek İngiltərədə iş yerini dəyişəcək.
"Football-plus.az" xəbər verir ki, İngiltərə yığmasının hücumçusu karyerasını “Çelsi”də davam etdirməyə yaxındı. İnsayder Fabritsio Romanonun məlumatına görə, London klubu “Brayton”la 35 yaşlı futbolçunun transferi üçün razılığa gəlib. Uelbek “Çelsi” ilə müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilənin şərtlərini qəbul edib.
“Mançester Yunayted”in yetirməsi olan Denni karyerası ərzində “Arsenal”, “Uotford” və digər klublarda çıxış edib. O, 2020-ci ildən “Brayton”un formasını geyir. Hücumçu ötən mövsüm bütün turnirlərdə keçirdiyi 40 oyunda 14 qol vurub, 2 məhsuldar ötürmə edib.