"Sabah” sabah Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Orhus”la cavab görüşünə çıxacaq.
Bu gün keçirilən oyunöncəsi mətbuat konfransında İvan Lepinitsa da jurnalistlərin suallarını cavabladı.
- Bogeranın önünün bağlanmaması səbəbindən iki qol vuruldu. Cavab görüşü 120 dəqiqə çəkə bilər, buna hazırsan?
- Düşünürəm ki, ilk matçda yaxşı oynadıq. Rəqibin iki fürsəti oldu. Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq. Ola bilər ki, matç 120-ci dəqiqəyə qədər uzansın, amma ümid edirəm ki biz qalib gələrik.
- Burdasansa, yəqin ki, sabah start heyətdə çıxış edəcəksən. Sənin üçün hansı futbolçu ilə oynamaq daha rahat olur?
- Mənim üçün davamlı çıxış edən futbolçu ilə oynamaq daha yaxşı olardı. Hər bir qərar məşqçidən asılıdı. Futbolçular arasında yaxşı “kimya” varsa, bu nəticəyə təsir edir
İSRAYIL XEYRULLAYEV
“Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
Aktual / Avrokuboklar





