Asiyadan Avropaya qayıdır

25.08.2026 15:02 37
Dünya futbolu
BƏƏ-nin “Əl-Vahda” klubundan ayrılan Duşan Tadiçin yeni komandası müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Niderlandın “Voetbal International” nəşrinin məlumatına görə, “Neymegen” rəhbərliyi 37 yaşlı futbolçu ilə 2 illik müqavilə üzrə razılığa gəlib. Serbiyalı oyunçunun yaxın günlərdə tibbi müayinədən keçmək üçün Nejmegenə yollanacağı qeyd olunub.

Serbiya yığmasının sabiq yarımmüdafiəçisi daha əvvəl “Tvente”, “Ayaks” və “Fənərbaxça”da oynayıb.