Gözlənilən təyinat rəsmiləşdi

15.06.2024 17:23 349
Dünya futbolu
“Yuventus”da baş məşqçi problemi yoluna qoyulub.

Komandanın yeni çalışdırıcısının adı rəsmən açıqlanıb. Turin klubunun rəsmi saytının yaydığı xəbərə görə, bu vəzifəyə, gözlənildiyi kimi, Tyaqo Motta təyin edilib. Onunla 3 illik müqavilə imzalanıb. Həm İtaliya, həm də Braziliya vətəndaşlığı olan mütəxəssis istefaya göndərilən Massimiliano Alleqrinin yerini tutub.

Qeyd edək ki, Mottanın sonuncu iş yeri “Bolonya” olub. Komanda ötən mövsüm A seriyasında 5-ci yeri tutmaqla Çempionlar Liqasına vəsiqə qazanıb.