David Ospinanın yeni komandası müəyyənləşib. O, Şimali Amerikaya yollanıb.
Football-plus.az" xəbər verir ki, təcrübəli futbolçu Meksikada qərar tutub. 37 yaşlı qapıçının “Atlante” ilə bağladığı müqavilənin müddəti ilin sonuna qədər nəzərdə tutulub.
Kolumbiya yığmasının qapısını 131 matçda qoruyan David karyerası ərzində “Atletiko Nasyonal”, “Nitsa”, “Arsenal”, “Napoli” və “Əl-Nəssr”də çıxış edib. Onun 2024-26-cı illərdə doğma klubu olan “Atletiko Nasyonal”da oynadığını da qeyd edək.