"Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı

10.08.2026 23:57 12
Ölkə futbolu
“Kəpəz” növbəti transferini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, Gəncə klubu Hüseyn Babayevin transferini rəsmiləşdirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı müdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Babayev son olaraq1-ci liqada çıxış edən “Baku Sportinq”in formasını geyib. O, U-21 millimizə də dəvət alıb.