Cəlalın komandası qalib gəldi

10.08.2026 06:28 6
Dünya futbolu
Rumıniya çempionatında 4-cü turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Cəlal Hüseynovun çıxış etdiyi "Petrolul" "Otselul"u qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın yeganə qolunu Lundulu vurub

Cəlal Hüseynov 75-ci dəqiqədə meydana çıxıb.

Bu qələbədən sonra "Petrolul" 6 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.