Ayrılığın səbəblərini öyrənmək üçün “football-plus.az” Leyla Behbudlu ilə əlaqə saxlayıb:
"Xeyr. “İmişli” dən ayrılmağımın sadaıbladığınız səbəblərlə heç bir bağlılığı yoxdu. Başda Kamran müəllim olmaqla, bütün “İmişli” kollektivindən həmişə fəaliyyətimə və şəxsiyyətimə xüsusi hörmət görmüşəm. Kamran müəllimlə də həmişə gözəl, dost kimi münasibətimiz olub, fikirlərim, fəaliyyətim hər zaman dəstəklənib. “İmişli”dən ayrılmaq qərarı mənim üçün də çətin idi. Heç kəs ayrılacağımı gözləmirdi. Sadəcə, şəxsi planlarımla bağlı bu qərarı atmalı oldum”.
İSRAYIL XEYRULLAYEV





