Misirli ulduz qardaş ölkədə bonuslar və imic haqqından əlavə nəğd 17 milyon avro qazanacaq. Türkiyə mətbuatının yazdığına inansaq, Salahın transferi açıqlandıqdan sonrakı 3 gün ərzində ''Trabzonspor'' forma satışı və mövsümlük abunə bilet satışından 12 milyon avro gəlir əldə edib!
Bu arada uzun illər ''Liverpul''da Salahın baş məşqçisi olmuş və bu yaxınlarda Almaniya yığmasının başına keçən Yürgen Klopp Ceymi Karragerin sözlərinə reaksiya bildirib. ''Liverpul''un əfsanələrindən olan Karrager Salahın bu qərarını tənqid etmiş və Türkiyə futbolunun səviyyəsinin onun üçün yetərli olmadığını dilə gətirmişdi.
Kloppu dinləyək:
''İnsanların Salahın başqa liqalara yox, Türkiyəyə üz tutması haqda dedikləri mənə çox da maraqlı deyil. Fikrimcə, o, bir futbolçu olaraq nə etdiyini çox gözəl bilir. Onun kimi yüksək səviyyəli futbolçu hər zaman özü üçün ən doğru olan qərarları verir. Əminəm ki, klubu nəsə qazanmaq istəyirsə, Salah hər dəfə işləri tərsinə çevirib klubu daha yaxşı duruma gətirə bilir. Mən hər zaman demişəm ki, nə qədər yaxşı oynayırsan oyna, səni sevənlər də olacaq, sevməyənlər də. Ona görə də özünü necə göstərirsən göstər, yenə də nifrət edənlər olacaq. Fikrimcə, Salahın getdiyi yer zəif liqa və ya zəif klub deyil. Əsas odu ki, o özü qərarından memnundu. Ona görə də Salaha qarşı yersiz sözlər işlətməyin mənası yoxdu''.






