“Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi

10.08.2026 13:08 16
Ölkə futbolu
Misli premyer-liqasında yeni mövsümün ilk turunda keçiriləcək "Sumqayıt" - "Neftçi" matçının yeri dəyişdirilib.

"Football-plus.az" xəbər verir ki, bu barədə "Sumqayıt"ın mətbuat xidməti məlumat yayıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyündə aparılan yenilənmə işlərinə görə qarşılaşma “SOCAR Polymer Arena”da keçiriləcək.

Sözügedən oyun avqustun 16-na təyin olunub.