Misli premyer-liqasının 3-cü turundan təxirə salınan "Zirə" - "Araz-Naxçıvan" matçının hakimləri açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, görüşü Rauf Cabbarov idarə edəcək.
Ona Eyyub İbrahimov, Asiman Əzizli, Kamran Əliyev (ehtiyat hakim) kömək göstərəcək.
Qeyd edək ki, “Zirə” – “Araz-Naxçıvan” oyunu noyabrın 6-sı, saat 19.00-da başlanacaq. Oyun "Zirə"nin stadionunda keçiriləcək.
Əlavə edək ki, hərəyə 11 oyundan sonra "Araz Naxçıvan" 24 xalla 3-cü, "Zirə" 20 xalla 4-cü yeri tutur.