"Araz-Naxçıvan"ın futbolçusu "Zirə" ilə oyunu buraxacaq

6.12.2023 15:56 234
İdman
"Araz-Naxçıvan"ın futbolçusu Vadim Abdullayev "Zirə"yə qarşı keçirəcəkləri Misli premyer -liqasının 16-cı turunun oyununda iştirak etməyəcək.

"Football-plus.az" xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi cəza səbəbindən meydana çıxmayacaq.

Ötən tur "Səbail"lə (1:1) matçda sarı vərəqə alan oyunçu cəzalı duruma düşmüşdü.

Qeyd edək ki, dekabrın 12-də reallaşacaq "Zirə" - "Araz-Naxçıvan" görüşü saat 17.00-da start götürəcək.