Klubu ilə yenidən anlaşdı

24.08.2026 16:54 4
Dünya futbolu
“Mançester Siti”də gözlənilən hadisə rəsmiləşib.
"Football-plus.az" xəbər verir ki, müdafiəçi Yoşko Qvardiolla yeni müqavilə imzalanıb. İngiltərə klubunun mətbuat xidmətinin məlumatına görə, xorvatiyalı futbolçunun yeni sözləşməsinin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub.

Qvardiol MS-də 2023-cü ilin yayından çıxış edir. O, ötən müddətdə keçirdiyi 122 matçda 13 qol vurub, 10 məhsuldar ötürmə verib.

23 yaşlı müdafiəçi daha əvvəl Zaqreb “Dinamo”su və “Leyptsiq”də çıxış edib.