Təxirə salınmış oyunların tarixi

9.09.2024 15:15 165
Ölkə futbolu
Misli premyer-liqasının 3-cü turundan təxirə salınmış “Zirə”–“Araz-Naxçıvan” və “Şamaxı” – “Qarabağ” oyunlarının keçiriləcəyi tarix müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, “Zirə” – “Araz-Naxçıvan” matçı noyabrın 6-da, “Şamaxı” – “Qarabağ” qarşılaşması isə dekabrın 19-da keçiriləcək.

Oyunları məkanı və başlama saatı ilə bağlı əlavə məlumatlar veriləcəyi vurğulanıb.