"Zirə"nin bir oyunu təxirə salınıb, digərinin yeri dəyişdirildi

16.08.2024 17:10 333
Ölkə futbolu
Misli premyer-liqasının 3-cü turunda keçirilməsi planlaşdırılan "Zirə" - "Araz-Naxçıvan" oyunu təxirə salınıb.

"Football-plus.az" xəbər verir ki, "qartallar" Konfrans Liqasının pley-off mərhələsində Cənubi Kiprin "Omoniya" kollektivi ilə matça yaxşı hazırlaşmaq məqsədi ilə PFL-ə müraciət edib. Naxçıvan klubu isə buna razı olub.

Bundan əlavə, 4-cü turun “Şamaxı” – “Zirə” matçı ilə 12-ci turun “Zirə” – “Şamaxı” oyununun yerləri dəyişdirilib.