Bu gün “Araz-Naxçıvan” və "Qəbələ" arasında yoxlama oyunu keçiriləcək.
"Football-plus.az" xəbər verir ki, görüş Qəbələ şəhər stadionunda oynanılacaq. Matç saat 14.00-da başlayacaq.
İlk yoxlama oyunlarında "Araz-Naxçıvan" "Zirə"yə, "Qəbələ" isə "Kəpəz"ə uduzub.
Qeyd edək ki, "Araz-Naxçıvan" hazırda premyer-liqanın turnir cədvəlində 26 xalla 6-cı, "Qəbələ" isə 14 xalla 10-cudu.