• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fənərbaxça” Fransada şanssız qollarla məğlub oldu - REPORTAJ

Dünya futbolu / Reportaj

11-08-2024, 15:0

Türkiyə təmsilçiləri üçün həftə heç də uğurlu keçmədi.

“Football-plus.az” xəbər verir ki, 3 klubdan ikisi meydanı məğlubiyyətlə tərk etdi. Amma onların hər birinin mərhələni adlamaq şansı davam edir.
“Luqano” ilə cavab oyununda Fərdini faktiki sol vinger oynadan Mourinyo bu dəfə istedadlı futbolçunu öz mövqeyinə - müdafiəyə çəkərək yeni transfer Sent-Maksiminə əsas heyətdə şans verdi.

Oyuna fəal başlayan “Lill” erkən qol vurmağa müvəffəq oldu. Tyaqo Santuşun sağ cinahdan yerlə qüvvətli ötürməsi zamanı top Oostervoldeyə dəyərək tora daxil oldu. Maraqlıdı ki, aşkar avtoqol olmasına baxmayaraq, UEFA nədənsə bu qolu Santuşun adına yazdı. İlk yarıda qalan müddətdə qapıçılar hərəyə bir seyvlə yadda qaldı. Yaxşı təsir bağışlayan “Fənər”in yeni transferi Sent-Maksimin 2-ci hissənin əvvəllərində ardıcıl 3 gözəl fürsət yaxalasa da, ona ilk rəsmi oyunda fərqlənmək nəsib olmadı. Dəqiqələr irəlilədikcə İstanbul nəhəngi təzyiqi artırmağa başladı. Hiss olunurdu ki, komanda bu nəticə ilə barışmaq istəmir. “Fənər”liləri ayağa qaldıran qol 80-ci dəqiqəyə təsadüf etdi. İrfan Can Kahveci cərimə zərbəsini mükəmməl yerinə yetirərək yaxın küncü dəqiq nişan aldı. Qoldan dərhal sonra oyunun axarı yenidən dəyişdi.

“Fənər” bütün komanda ilə müdafiəyə çəkilərək sərfəli nəticəni qorumağa başladı. Bu üzdən son anlarda meydana çıxan yeni transfer Ən-Nəsirinin də ayağına, demək olar, top dəymədi. Hər şey heç-heçəyə doğru gedərkən, əsas vaxta artırılan 1-ci dəqiqədə “Fənər” daha bir şanssız bir qol buraxdı. Mourinyonun komandası hücuma çıxarkən Fərdi topu itirdi. Kosovo yığmasının üzvü Jeqrovanın zərbəsindən sonra isə top yolüstü Çağlara dəyərək istiqamətini dəyişdi və tora daxil oldu. Beləliklə, komanda Mourinyonun başçılığı rəsmi matçda ilk məğlubiyyətlə üzləşdi. Bu cütdə cavab oyunu avqustun 13-də keçiriləcək.

Avropa Liqasında çıxış edən “Trabzonspor” evdə fanatlarını üzdü. Abdulla Avcının komandası özündən həm büdcə, həm də heyət baxımından zəif olan Vyana “Rapid”inə boyun əydi. Matçın sonlarına yaxın yerli fanatların Avcını istefaya səsləməsi diqqəti çəkdi. Amma sözsüz, bu cütdə hələ heç nə bəlli deyil. Avstriyada türkiyəlilərin sayının çox olduğunu nəzərə alsaq, “Trabzonspor” cavab oyununda yaxşı azarkeş dəstəyinə malik olacaq. Bu həftəni müsbət nəticə ilə tamamlayan yeganə Türkiyə təmsilçisi “İstanbul BŞ” oldu. Başakşəhərlilər Tbilisidə Mixail Mesxinin adını daşıyan stadionda çətinliklə də olsa, “İberiya”nın müqavimətini qıra bildi. Qeyri-adi nəsə baş verməsə, Çağdaş Atanın komandası gələn həftə adını KL-də pley-offa yazdıracaq.

Xatırladaq ki, bu cütün qalibi növbəti mərhələdə “Sabah” - “Sent Patriks” cütünün qalibi ilə qarşılaşacaq. Həm “Trabzonspor”, həm də “İstanbul BŞ” cavab oyununu avqustun 15-də keçirəcək.

Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi, ilk oyun
Lill – Fənərbaxça 2:1

Santuş, 12. Jeqrova, 90+1 – İrfan Can Kahveci, 80.
Lill (Fransa): Şevalye, Menye, Diakite, Ribeyro, Qudmundsson, Qomes, Kabella, Andre, Santuş (Sahraui, 86), Haraldsson (Jeqrova, 71), David (Bayo, 71).
Fənərbaxça: Livakoviç, Mərt Müldür, Çağlar Söyüncü, Oostervolde, Fərdi Kadıoğlu, Kruniç (Ciku, 85), İsmayıl Yüksək, Tadiç (İrfan Can Kahveci, 70), Şimanski, Sent-Maksimin (Oğuz Aydın, 70), Ceko (Ən-Nəsiri, 79).

Avropa Liqası, 3-cü təsnifat mərhələsi, ilk oyun
Trabzonspor – Rapid (Avstriya) 0:1

Qrqiç, 67.
Trabzonspor: Uğurcan Çakır, Maleyro, Saviç, Densvil, Ərən Elmalı (Barışiç, 82), Lundstram (Okay Yokuşlu, 73), Mendi, Visça, Ozan Tufan (Trezeqe, 60), Cihan Çanak (Enis Destan, 73), Draquş (Nvakaeme, 60).
Konfrans Liqası, 3-cü təsnifat mərhələsi, ilk oyun
İberiya (Gürcüstan) – İstanbul BŞ 0:1
Davidson, 87.
İstanbul BŞ: Muhammed Şengezər, Kemen, Duarte, Opoku, Ömər Əli Şahinər, Berkay Özcan (Lima, 88), Onur Ərgün, Pelkas (Keni, 80), Dəniz Türüc (Sərdar Gürlər, 80), Davidson, Pyontek (Fiqeyredo, 72).

Faktlar
* “Fənərbaxça” avrokuboklarda 273-cü oyununu keçirdi və 109-cu məğlubiyyətlə üzləşdi (55 heç-heçə, 109 məğlubiyyət, top fərqi – 373:390). “Luqano” ilə cavab oyunundan sonra “Fənər” avrokuboklarda qələbə sayı məğlubiyyət sayından çox olan yeganə Türkiyə klubuna çevrilmişdisə, indi bu göstəricilər yenidən bərabərləşdi.
* “Fənərbaxça” ÇL-in təsnifat mərhələsində 37-cı oyununu keçirdi və 12-ci məğlubiyyətlə üzləşdi (14 qələbə, 11 heç-heçə, top fərqi – 55:45).
* Mourinyo məşqçi karyerasında ilk dəfə avrokubokların təsnifat mərhələsində məğlubiyyət acısı yaşadı. Buna qədər onun komandaları avrokubokların təsnifat mərhələlərində 7 oyunun hamısından qələbə ilə ayrılmışdılar.
* “Fənərbaxça” Fransa klublarına qarşı 22-ci oyunda 12-ci məğlubiyyətlə üzləşdi (5 qələbə, 5 heç-heçə). “Fənər”in avrokuboklarda təmsilçilərinə ən çox məğlub olduğu ölkə məhz Fransadı.
* “Trabzonspor” avrokuboklarda 152-ci oyununu keçirdi və 59-cu məğlubiyyətini yaşadı (56 qələbə, 37 heç-heçə, top fərqi – 193:206).
* “İstanbul BŞ” avrokuboklarda 53-cü oyununa çıxdı və yubiley - 20-ci qələbəsini qazandı (12 heç-heçə, 21 məğlubiyyət, top fərqi – 78:76).

Oyundan sonra
Bruno Jenezio, “Lill”in baş məşqçisi:

“Nəticədən razıyam. İki fərqli hissə izlədik. İlk yarıda əla oynadıq. Üstünlük bizim tərəfimizdə idi və vurduğumuz qoldan əlavə bir çox fürsəti əldən verdik. Amma ikinci hissədə vəziyyət dəyişdi. Nəticəni qorumaq arzusu üstünlüyün rəqibə keçməsinə səbəb oldu. Hücumda passivləşdik. Amma buraxılan qola verdiyimiz reaksiya məni həqiqətən də sevindirdi. Qalan qısa müddət ərzində qələbə qolunu vura bilmək üçün möhkəm xarakterə və güclü psixologiyaya malik olmalısan. Biz bunu bacardıq. Sonradan meydana buraxdığım oyunçular da bizə ciddi fayda verdi. Qapıçı hər komanda üçün önəmli fiqurdu. Bu gün qapıçımız bunu bir daha göstərdi. Ən vacib məqamda səhnəyə çıxaraq önəmli qurtarışlar etdi. “Fənərbaxça” bizi təəccübləndirmədi. Onların yaxşı və təcrübəli oyunçularının olduğunu bilirdik. Kiçik üstünlük əldə etdik. Amma hələ heç nə bəlli deyil. İstanbulda bizi çətin atmosfer gözləyəcək”.

Joze Mourinyo, “Fənərbaxça”nın baş məşqçisi:
“Yalnız ilk hissə geridə qalıb. Belə demək mümkünsə, fasiləyə 1 top geridə yollanmışıq. İkinci hissəni öz meydanımızda keçirəcəyik. Komandamızda çatışmazlıqlar çoxdu. Təsnifat mərhələsi də olsa, ÇL-də həmişə səviyyə çox yüksək olur. Oyunumuz hələ avtomatlaşdırılmış səviyyədə deyil. Qəribə qollar buraxdıq. İlk epizodda özümüz atdığımız autdan, ikinci epizodda meydanın özümüzə aid hissəsində itirdiyimiz topdan sonra qol buraxdıq. Hər iki halda da top bizim oyunçulara dəyərək qapıya daxil oldu. Amma oyunumuzun yaxşı tərəfləri də oldu. Yetərincə qol vəziyyəti yaratdıq. Belə şeyləri dilə gətirməyi xoşlamıram, amma Fredin yoxluğunu hiss edirik. O bizim üçün önəmli futbolçudu. Həftəsonu biz oynayacağıq, rəqibimiz isə dincələcək. Amma indi ən önəmlisi həftəsonu keçirəcəyimiz çempionat oyunudu. “Lill” oyun baxımından bizi təəccübləndirmədi. Cavab matçında “Lill”in meydana yalnız nəticəni qorumaq və müdafiə olunmaq üçün çıxacağını düşünmürəm. Evdə bizim arxamızda 40 min azarkeş olacaq. Gözəl bir oyun olacağını düşünürəm”.

Abdulla Avcı, “Trabzonspor”un baş məşqçisi:
“Ötən mövsümkü sistemini və heyətini qoruyan bir komandaya qarşı oynadıq. Bizdə isə start heyətində 6 yeni transfer meydana çıxdı. Sonradan oyuna qoşulanlarla birlikdə onların sayı 9-a çatdı. “Rapid” ilk hissədə bizdən daha yaxşı təsir bağışladı. İstədiyimiz təzyiqi qura bilmədik. İkinci hissədə oyunu bərabərləşdirdik və təhlükəli hücumlar qurmağa başladıq. Şanssız bir qol buraxdıq. Həmin epizoddan bir neçə saniyə öncə özümüz hesabı açmağa çox yaxın olduq. Qalan müddətdə daha iki təhlükəli vəziyyətimiz olsa da, qol vura bilmədik. Fanatlarımızdan üzr istəyirik. Rəqibi də təbrik edirik. Hər şeyi unudub superliqada “Sivasspor”la oyuna köklənəcəyik. Mendi də, Ozan Tufan da “8 nömrə” mövqeyində oynamağı bacaran futbolçudu. Yaxşı pressinq edə bildikləri üçün onları oynatdım”.

Robert Klauss, “Rapid”in baş məşqçisi:
“Sona qədər oyun intizamına sadiq qalan komandamı təbrik edirəm. Gözəl qələbə qazandıq. Bu oyunu davam etdirməyə çalışacağıq. “Trabzonspor” ikinci hissədə əvəzetmələrdən sonra fəallaşdı. Onların fanatları da dəstəyi artırınca müəyyən çətinliklər yaşadıq. Amma bunun öhdəsindən gələ bildik. “Trabzonspor” heyətinin dəyərinə görə bizdən üstündü. Amma biz əsas olanı edərək qol vurduq və qalib gəldik. Onların müdafiəyəmeyilli heyətlə meydana çıxması, müdafiəçi Mendinin yarımmüdafiədə oynaması məni təəccübləndirdi. Amma biz öz planımıza sadiq qaldıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Manşet

31-07-2024, 23:0

Həm Mourinyonun, həm də ''Fənərbaxça''nın seriyaları davam etdi

Dünya futbolu

29-02-2024, 22:0

“Fənərbaxça”nın kubok macərası şok məğlubiyyətlə bitdi

Dünya futbolu

4-03-2024, 19:0

“Qalatasaray”ın kubok həsrəti 5 mövsümə yüksəldi

Dünya futbolu

24-07-2024, 14:0

''Fənərbaxça'' qalib gəldi, Mourinyo UEFA-dan gileyləndi

Dünya futbolu

3-09-2022, 10:0

Batşuayi rəsmən "Fənər"də

Aktual
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Son xəbərlər
  • Bu gün, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Bu gün, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Bu gün, 16:32
    Mahir start heyətində!
  • Bu gün, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Bu gün, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Bu gün, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Bu gün, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Bu gün, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Bu gün, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Bu gün, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Bu gün, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 11:33
    Qarsiyaya xələf olacaq
  • Bu gün, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Bu gün, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
Daha çox
Oxunub: 208
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 141
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 98
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 97
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə