Lionel Messi Argentina yığmasındakı karyerasını başa vurmaq qərarına gəlib.
Football-plus.az" xəbər verir ki, jurnalist Ernan Kastilyonun sosial şəbəkə hesabında bildirdiyinə görə, 39 yaşlı futbolçu DÇ-2026-nın finalından əvvəl paltardəyişmə otağında komanda yoldaşları qarşısında emosional çıxış edərək İspaniya ilə oyunun onun yığmada sonuncu matçının olacağını deyib.
Argentina finalda İspaniyaya 0:1 hesabı ilə uduzub. Messi turnirdə 8 qol vurub, 4 məhsuldar ötürmə edib.
Milli komandanı tərk edəcək
Dünya futbolu






