"Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov

26.07.2026 17:35 68
Ölkə futbolu
“Şəfa”nın baş məşqçisi Zaur Həşimov “Qəbələ” ilə yoxlama görüşündən sonra (1:1) klubun mətbuat xidmətinə açıqlama verib.

"Football-plus.az" xəbər verir ki, o, çempionatın startına qədər komandasının hazır olacağını deyib:

“Qəbələ” ilə matç ikinci yoxlama oyunumuz idi. Ümumilikdə oyun yaxşı alındı. Futbolçular verilən tapşırıqları yerinə yetirməyə çalışırdılar. Meydanda olan bir neçə futbolçumuz bizimlə birlikdə cəmi 4-5 məşqdə iştirak edib. Heyətimizi komplektləşdirməyə çalışırıq. Yeni qurulan komandayıq və futbolçuların meydanda bir-birini daha yaxşı tanıması üçün zaman lazımdır. Başa düşürük ki, vaxtımız çox azdır. Lakin çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq”.

“Şəfa” ilk sınaq oyununda “İmişli” ilə heç-heçə edib - 2:2. Komanda növbəti yoxlama matçını iyulun 31-də “Araz-Naxçıvan”a qarşı keçirəcək.