Yeniyetmə istedad “Liverpul”a qoşuldu

26.07.2026 15:32 8
Dünya futbolu
“Liverpul” çoxdan hədəfə aldığı yeniyetmə istedadı heyətinə cəlb edib.

"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu “Atletiko Nasyonal”dan 17 yaşlı hücumameyilli yarımmüdafiəçi Samuel Martinesin transferini başa çatdırıb. Yeniyetmə futbolçu yeni mövsümdə mersisaydlıların akademiyasında oynayacaq.

Samuel aprel ayında keçirilən Cənubi Amerika U-17 çempionatında 6 matçın hamısında oynayıb. O, Braziliyaya qarşı yarımfinal və Argentinaya ilə final da daxil olmaqla üç məhsuldar ötürmə edərək Kolumbiyanın çempionluğunda rol oynayıb.