Nəhayət, İtaliya yığmasının yeni baş məşqçisinin kimliyi məlum olub.
"Football-plus.az" xəbər verir ki, milli komandaya Andrea Pirlo təyinat alacaq. İnsayder Fabritsio Romanonun məlumatına görə, tərəflər arasında şifahi razılıq əldə olunub. 46 yaşlı mütəxəssislə müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanacaq. Pirlonun başçılıq edəcəyi məşqçilər heyətinə sabiq komanda yoldaşı Roberto Baronio da daxil olacaq.
İtaliya yığmasının baş məşqçi vəzifəsi mart ayından boş idi. Cennaro Qattuzo komandanın seçmə pley-off mərhələsində Bosniya və Hersoqovinaya uduzaraq DÇ-2026-ya vəsiqə qazana bilməməsindən sonra istefa vermişdi.
Pirlonun sonuncu iş yeri BƏƏ-nin “Dubay Yunayted” klubu olub. O, daha əvvəl “Yuventus”, “Sampdoriya” və “Fatih Karagümrük”ün də baş məşqçisi olub.