Salibanı kim əvəz edəcək?

4.08.2026 10:00 52
Dünya futbolu
“Arsenal” rəhbərliyi müdafiəçi Vilyam Salibanın uzun müddət yaşıl meydanlardan kənarda qala biləcəyi ehtimalına görə yeni futbolçu axtarışına başlayıb.

Football-plus.az" xəbər verir ki, London klubu “Aston Villa”nın müdafiəçisi Ezri Konsa və “Vest Hem”in oyunçusu Konstantinos Mavropanosu transfer etmək variantını nəzərdən keçirir.

Xatırladaq ki, Saliba DÇ-2026-nın yarımfinalında Fransa və İspaniya yığmaları arasında keçirilən oyunda (0:2) zədələnərək meydanı tərk etmişdi. 25 yaşlı futbolçunun bel nahiyəsindən aldığı zədə səbəbindən təxminən 4-5 ay yaşıl meydanlardan uzaq qala biləcəyi ehtimal edilir.