Belçika yığmasının yeni baş məşqçisi müəyyənləşib.
Football-plus.az" xəbər verir ki, milli komandaya Mark van Bommel təyinat alacaq.
Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, 48 yaşlı niderlandlı mütəxəssislə bütün detallar razılaşdırılıb. Tərəflər 2028-ci ilin iyun ayınadək nəzərdə tutulan müqavilə ilə bağlı razılığa gəliblər. Rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.
Van Bommelin sonuncu iş yeri 2022-24-cü illərdə çalışdırdığı “Antverp” olub. Komanda onun rəhbərliyi altında Belçika çempionu, ölkə kubokunun və superkubokunun qalibi olub.
Xatırladaq ki, Belçika Futbol Assosiasiyası dünya çempionatından sonra Rudi Qarsiya ilə yolları ayırıb.
Qarsiyaya xələf olacaq
Dünya futbolu






