Millimiz ilk qrup qələbəsini qazandı - AÇ

25.07.2026 19:41 17
İdman
Basketbol üzrə oğlanlardan ibarət U-18 millimiz Avropa çempionatının B divizionunda ikinci qrup oyununu Ukrayna seçməsinə qarşı keçirib.

"Football-plus.az" xəbər verir ki, Xorvatiyada keçirilən qitə birinciliyində yığma ilk hissəni geridə tamamlasa da, sonradan geri dönüş edərək 77:68 hesablı qələbəyə sevinib.

Görüşün ən dəyərli basketbolçusu (MVP) 20 xal, 17 ribaundla millimizin üzvü Emanuel Aqbason seçilib. Bu qələbə U-18 millimizin Avropa çempionatı B divizionunda qazandığı ilk qrup qələbəsi kimi də tarixə düşüb.

Azərbaycan qrupda növbəti oyununu sabah Bakı vaxtı ilə saat 12.30-da İslandiya seçməsinə qarşı keçirəcək.