Mahir start heyətində!

26.07.2026 16:32 44
Dünya futbolu
Dünən Polşa çempionatında yeni mövsümə start verilib.

"Football-plus.az" xəbər verir ki, Mahir Emrelinin yeni komandası “Rakuv” 1-ci turda ilk matçını bu gün keçirir. Onlar “Visla”nı (Plotsk) qəbul edir.

Emreli əsas heyətdə yer alıb. Matç Bakı vaxtı ilə saat 16.45-də başlanacaq.

Xatırladaq ki, Emreli bu həftə "Rakuv”dakı debüt oyununda bir qol vurub. O, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Valletta" (Malta) ilə keçirilən görüşdə (3:1) rəqib qapısına yol tapıb.