İngiltərə yığmasının sabiq hücumçusu və baş məşqçisi Kevin Kiqan 75 yaşında vəfat edib.
"Football-plus.az" xəbər verir ki, bu barədə futbolçunun ailəsi məlumat yayıb.
Kiqan futbolçu karyerası ərzində “Liverpul”un heyətində üç dəfə İngiltərə çempionu olub, ölkə kubokunu və iki dəfə İngiltərə superkubokunu qazanıb. Bundan başqa, mersisaydlılarla bir dəfə Çempionlar Kubokunun, iki dəfə isə UEFA Kubokunun qalibi olub. O, Almaniyanın “Hamburq” klubunda çıxış etdiyi dövrdə də ölkə çempionluğu və Almaniya kubokunu qazanıb.
Xüsuilə qeyd edək ki, ingilis futbolçu 1978 və 1979-cu illərdə “Qızıl top” mükafatına layiq görülüb.