“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu

25.07.2026 19:01 57
Avrokuboklar / Aktual
Məlum olduğu kimi, birinci liqada yeni mövsümə sentyabrın 3-də start veriləcək. Struktur dəyişikliyinə gedən “Səbail” də yeni mövsümün iddialılarından olacaq.

“Dənizçilər” artıq növbəti mövsümə hazırlıq planını da açıqlayıb. Belə ki, komanda toplanışa iyulun 27-də start verəcək, avqustun 10-dan 25-dək Türkiyənin Bolu şəhərində olacaq. Bu müddətdə Bayıl təmsilçisi bir neçə yoxlama görüşü keçirəcək.

Ümumiyyətlə, komanda ev oyunlarını harda keçirəcək? “Football-plus.az” bu suala cavab tapmaq üçün “Səbail”in mətbuat katibi Rəşad Məmmədov ilə əlaqə saxlaayıb:

“Stadionla bağlı məsələ hələ təsdiqini tapmayıb, üzərində çalışırıq.Yaxın günlərdə ev oyunlarını keçirəcəyimiz stadionla bağlı qərar verəcəyik”.

İSRAYIL XEYRULLAYEV