"Neftçi" Yunanıstan klubuna qarşı - ÇL

25.07.2026 16:31 19
Ölkə futbolu
“Neftçi”nin qadın futbolçulardan ibarət komandası bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin final matçına çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Siyasət Əsgərovun yetirmələri 1-ci qrupun həlledici görüşündə Yunanıstan PAOK-u ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19.30-da start götürəcək.

"Neftçi" yarımfinalda Monteneqro təmsilçisi "Buduçnost"a penaltilər seriyasında qalib gəlib.