İngiltərə klubunda yeni oyunçu

1.08.2026 15:35 16
Dünya futbolu
"Nyukasl” heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, İngiltərə klubun rəsmi saytının yaydığı xəbərə görə, “Monako”nun yarımmüdafiəçisi Alaji Bamba ilə 5 illik müqavilə imzalanıb. İngiltərə mətbuatı “Nyukasl”ın bu keçid üçün 35,5 milyon avro ödəyəcəyini yazıb. 

Müqaviləyə əsasən, bonuslar şəklində daha 6 milyon avro ödənilə bilər.

20 yaşlı yarımmüdafiəçi “Monako”da bütün turnirlər daxil olmaqla 25 oyunda meydana çıxıb.