“Çelsi” “Strasbur”un yarımmüdafiəçisi Valentin Barkonu transfer edib.
"Football-plus.az" xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, 22 yaşlı futbolçu tezliklə London klubunun yeni oyunçusu kimi təqdim olunacaq. Razılıq hələ may ayında əldə edilib. Buna səbəb “Çelsi” ilə “Strasbur”un tərəfdaş klublar olmasıdı.
Barko daha əvvəl İngiltərədə “Brayton”un da formasını geyib. O, 2025-ci ilin yayında bu klubdan “Strasbur”a transfer olunmuşdu. Argentinalı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə meydana çıxdığı 43 oyunda 3 qol vurub və 9 məhsuldar ötürmə edib.