"Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı

26.07.2026 00:47 9
Avrokuboklar
“Neftçi” qadın futbolçular arasında Çempionlar Liqasının 2026/27 mövsümündə ikinci oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Siyasət Əsgərovun komandası 1-ci qrupun həlledici görüşündə Yunanıstan PAOK-u ilə üz-üzə gəlib.

Yunanıstanın Veria şəhərində təşkil olunan oyun PAOK-un 3:0 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə rəqib 2-ci təsnifat mərhələsinə yüksəlib. “Neftçi” isə mübarizəni dayandırıb.

"Neftçi" ilk görüşdə Monteneqronun “Buduçnost” komandasına 4:3 hesabı ilə qalib gəlmişdi.