• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qalatasaray”ın kubok həsrəti 5 mövsümə yüksəldi

Dünya futbolu

4-03-2024, 19:0

Çərşənbə və cümə axşamı keçirilən oyunlarla Türkiyə kubokunda bütün yarımfinalçılar bəlli oldu.

"Football-plus.az" xəbər verir ki, “Trabzonspor” “İstanbul BŞ”yə qarşı ev oyununa, gözlənildiyi kimi, əsas heyətlə çıxdı. Çempionluq şansı qalmayan komanda gözünü yalnız kuboka dikib. İlk yarıda böyük üstünlüyə malik olmasına və gözəl fürsətlər yaxalamasına baxmayaraq, qol vura bilməyən Abdulla Avcının komandası tilsimi fasilədən sonra qırdı. 57-ci dəqiqədə rəqibdən topu oğurlayan təcrübəli Visça yerlə uzaq küncü dəqiq nişan aldı. Qalan dəqiqələrdə qonaqlar məğlubiyyətdən qurtula bilmədilər. Beləliklə, ardıcıl 4-cü rəsmi görüşdə qol buraxmadan qələbə qazanan “Trabzonspor” son 5 mövsümdə 3-cü dəfə kubokda yarımfinala yüksəldi.

Günün digər oyununda “Beşiktaş” “Konyaspor”u qəbul etdi. “Beşiktaş” da eynilə “Trabzonspor”un durumunda olduğu, yəni superliqada çempionluq şansını itirdiyi üçün ölkə kubokuna ciddi önəm verir. Ona görə də Fernando Santuşun əsas oyunçuları döyüşə atması təəccüblü olmadı. Oyuna fəal başlayan və rəqibə göz açmağa imkan verməyən İstanbul nəhəngi 32-ci dəqiqədə fanatlarını ayağa qaldırdı. Yeni transfer Muçinin qapıya zərbəsindən sonra qonaqların qapıçısı Dəniz Ertaş topu əlində saxlaya bilmədi. Salih Uçan dönən topu tora göndərməkdə çətinlik çəkmədi. Maraqlıdı ki, oyundan öncə Salihə “Tüpraş Stadionu”nda “Beşiktaş”ın 400-cü qolunun məllifi olması münasibətilə xatirə hədiyyəsi verilmişdi. Təcrübəli futbolçu həmin qolu bundan əvvəlki mərhələdə “Eyupspor”la oyunda (4:0) hesabı açarkən vurmuşdu. Elə bu dəfə də hesabı məhz o açdı. Fasilədən sonra meydana çıxan Cenk Tosun ikinci hissənin əvvəllərində Fernandeşin künc zərbəsindən asması zamanı başla topu qapıya göndərməklə yekun nəticəni müəyyənləşdirdi. “Konyaspor” yalnız oyunun sonlarına doğru fəallaşsa da, heç təsəlli qolunu da vura bilmədi. “Beşiktaş” iki mövsümlük fasilənin ardından adını yarımfinala yazdırdı.
Bu mərhələyə srağagün yekun vuruldu. “Qalatasaray” Şota Arveladzenin çalışdırdığı ortabab “Fatih Karagümrük”ə qarşı ev oyununda aşkar favorit sayılırdı. Amma eynilə “Fənərbaxça” kimi, “sarı-qırmızılar” da fanatlarına şok yaşatdılar! Okan Buruk həftəsonu “Beşiktaş”la derbi olduğunu nəzərə alaraq, Muslera ilə İkardini meydana buraxmadı. Son dönəmlərdə az oynamasından şikayətlənən Zahanın əlinə özünü göstərmək üçün gözəl fürsət düşsə də, təcrübəli vinger bu şansdan yararlana bilmədi. Bu mövsüm qapıdan başqa az qala bütün mövqelərdə oynayan Barış Alpər bu dəfə hücumun sivri ucunda yer aldı. Oyun qonaqların erkən qolu ilə başladı. “Fatih Karagümrük”ün yeni transferi Markao əks-hücum zamanı topu qəbul edərək sol ayağıyla əla zərbə endirdi. Fevralın əvvəllərində “Əl-Əhli”dən icarəyə götürülən və 196 sm boya malik olan braziliyalı forvard oyunu yüksək səviyyədə keçirərək “Qalatasaray”ın müdafiəçilərinə əsl başağrı oldu. Əks tərəfdəki braziliyalı Tete isə ilk yarının ən uğursuz isimlərindən oldu. 3 dəfə qol şansını boşa verən “sambaçı” yerli fanatlar tərəfindən fitə basılınca Buruk onu fasilədə əvəzlədi. Superliqada bu mövsüm dəfələrlə hesabda geri düşdüyü və ya çox çətin keçən qarşılaşmalarda sonda vəziyyəti öz xeyrinə dəyişməyi bacaran “Cim-Bom” bu dəfə geridönüş edə bilmədi. Hərçənd komanda gözəl fürsətlər yaxaladı. Bir epizodda isə Könün zərbəsi tirə tuş gəldi. Yaxşı müdafiə olunaraq şansını gözləyən qonaqlar son anlarda daha bir qol vurdular. Əmrə Morun ötürməsindən sonra Mendeş fərqləndi. Ölkə kubokunu ən çox (18 dəfə) qazanan komanda statusunda olmasına baxmayaraq, “Qalatasaray”ın bu turnirdə çempionluq həsrəti 5 mövsümə çatdı. Sonuncu zəfər 2018/19-da əldə olunub. Son 5 mövsümdə isə 1/4 finaldan irəli getmək mümkün olmayıb! Onu da bildirək ki, “Qalatasaray”ın rəsmi oyunlarda evdəki 14 oyunluq məğlubiyyətsiz seriyası başa çatdı (13 qələbə, 1 heç-heçə). Son məğlubiyyət “Bavariya” ilə oyunda qeydə alınmışdı. Beləliklə, yarımfinalda “Beşiktaş”la “Ankaragücü”, “Trabzonspor”la “Fatih Karahümrük” qarşılaşacaq. 1/4 finaldan fərqli bu dəfə qaliblər “ev-səfər” prinsipi ilə məlum olacaq.

1/4 final
Qalatasaray – Fatih Karagümrük 0:2
Markao, 6. Mendeş, 84.
Qalatasaray: Günay Güvənç, Kaan Ayhan, Əbdülkərim Bardakcı, Nelsson, Kön, Oliveyra (Kərəm Dəmirbay, 46), Berkan Kutlu (Vinisius, 57), Tete (Mertens, 46), Kərəm Aktürkoğlu (Torreyra, 73), Zaha (Sançes, 82), Barış Alpər Yılmaz.
Beşiktaş – Konyaspor 2:0
Salih Uçan, 32. Cenk Tosun, 58.
Beşiktaş: Mərt Günok, Svensson, Nəcip Uysal, Kolli, Masuaku (Zaynutdinov, 82), Əl Musrati, Fernandeş, Raşitsa (Amarti, 70), Salih Uçan (Cenk Tosun, 46), Muçi (Gezzal, 90), Semih Kılıçsoy (Muleka, 90).
Trabzonspor – İstanbul BŞ 1:0
Visça, 57.
Trabzonspor: Uğurcan Çakır, Menye, Mendi, Densvil, Ərən Elmalı, Berat Özdəmir, Umut Günəş (Kərəm Şən, 82), Visça (Funtas, 82), Bardi, Trezeqe (Pepe, 77), Onuaçu (Enis Destan, 68).
Bu mərhələnin digər oyununun nəticəsi: Ankaragücü – Fənərbaxça 3:0 (Morutsan, 10. Xatziovannis, 33. Rodriges, 87).

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-08-2023, 20:0

Türkiyə çempionatı - 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

7-02-2023, 17:0

“Qalatasaray” – “Trabzonspor” matçı ilə bağlı maraqlı MƏQAMLAR

Dünya futbolu

10-04-2023, 16:0

“Qalatasaray”ın həsrəti 4 ilə yüksəldi - ŞƏRH

Dünya futbolu

5-02-2023, 20:0

İstanbulda kimin seriyası qırılacaq?

Dünya futbolu

3-03-2024, 16:0

“Qalatasaray” “Tüpraş Stadionu” lənətinə son qoya biləcəkmi?

Aktual
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” Bəxtiyar Həsənalızadə belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
Son xəbərlər
  • Bu gün, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Bu gün, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Bu gün, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” Bəxtiyar Həsənalızadə belə dedi
  • Bu gün, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Bu gün, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Bu gün, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Bu gün, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Bu gün, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Bu gün, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Bu gün, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Bu gün, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Bu gün, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Bu gün, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Bu gün, 11:30
    Milandan Madridə yollanacaq
  • Bu gün, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Bu gün, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 10:00
    London klubunu tərk etdi
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Dünən, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Dünən, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Dünən, 15:54
    İranlılara viza verildi
  • Dünən, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
Daha çox
Oxunub: 708
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 242
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 242
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə