Luka Modriç klubuna daha bir il gərək olub.
"Football-plus.az" xəbər verir ki, “Milan” rəhbərliyi onunla müqaviləni yeniləyib. İtaliya klubunun mətbuat xidmətinin məlumatına görə, yeni sözləşmənin müddəti 2027-ci il iyunun 30-na qədər nəzərdə tutulub. 40 yaşlı yarımmüdafiəçinin maaşının 4,5 milyon avro təşkil edəcəyi bildirilir.
Xorvatiyalı futbolçu “Milan”da 2025-ci ilin iyul ayından çıxış edir. O, ötən müddətdə komandada keçirdiyi 37 oyuna 2 qol vurub və 3 məhsuldar ötürmə edib.