Klubu ilə yenidən anlaşdı

9.08.2026 12:30 10
Dünya futbolu
Konrad Laymer klubu ilə yenidən anlaşıb.

"Football-plus.az" xəbər verir ki, avstriyalı müdafiəçi “Bavariya” ilə müqavilənin müddətini uzadıb.

Münhen klubunun mətbuat xidmətinin məlumatına görə, Avstriya yığmasının üzvü 2029-cu ilin yayına qədər “Bavariya”da çıxış edəcək.

Laymer 2025/26 mövsümündə Almaniya klubunda bütün turnirlərdə 47 oyuna 3 qol vurub və 13 məhsuldar ötürmə edib. O, “Bavariya”da 2023-cü ildən oynayır.