İtaliya klubunda yeni müqavilə

1.08.2026 19:41 6
Dünya futbolu
Covanni Stroppa “Venetsiya” ilə yeni müqavilə imzalayıb.

"Football-plus.az" xəbər verir ki, A seriyasına vəsiqə qazanan İtaliya klubu 57 yaşlı mütəxəssislə sözləşmənin müddətini 2029-cu ilin yayına qədər uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Stroppa “Venetsiya”nı 2025-ci ilin yayından çalışdırır. Komanda onun rəhbərliyi altında ötən mövsüm B seriyasının qalibi olaraq yenidən yüksək liqaya çıxıb.